G20 ölkələri süni intellekt (Sİ) texnologiyalarının beynəlxalq ticarətin inkişafına və lazımsız qeyri-tarif maneələrinin aradan qaldırılmasına kömək edə biləcəyini hesab edirlər.
Fact-info.az xəbər verir ki, bu barədə ABŞ-nin Şimali Karolina ştatının Çapel-Hill şəhərində keçirilən G20 ölkələrinin innovasiyalar üzrə nazirlər görüşünün yekunlarına dair konsensus əsasında qəbul edilmiş bəyanatda bildirilib.
Sənəddə qeyd olunur ki, Sİ hökumətlərə beynəlxalq ticarəti daha səmərəli təşkil etməyə, tənzimləyici prosesləri sadələşdirməyə, lazımsız qeyri-tarif maneələri azaltmağa və ticarət tərəfdaşları arasında əməkdaşlığın genişləndirilməsinə imkan verə bilər.
G20 ölkələri innovasiyaları dəstəkləmək və süni intellektdən istifadə sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə təhlükəsiz və etibarlı Sİ modellərinə çıxışın təmin edilməsinə yardım göstərməyə çağırılıb.
Baxış sayı: 65
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
