Səhiyyədə ən böyük dəyər nə bahalı tibbi avadanlıq, nə müasir xəstəxana binaları, nə də ən son texnologiyalardır. Həmin sistemin əsas gücü bütün bu imkanları insan sağlamlığının qorunmasına yönəldən həkimlər, tibb bacıları və digər tibb işçiləridir. Buna görə də səhiyyənin inkişafı yalnız infrastrukturun yenilənməsi ilə deyil, həm də bu sahədə çalışan insanların əməyinin, peşəkarlığının və məsuliyyətinin layiqincə qiymətləndirilməsi ilə bağlıdır.
TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni islahat məhz bu baxımdan diqqət çəkir. Söhbət yalnız maaşların yüksəldilməsindən getmir. Yeni mexanizm əməkhaqqının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı ilə daha sıx əlaqələndirilməsini nəzərdə tutur. Başqa sözlə, tibb işçisinin gördüyü işin həcmi və nəticəsi onun əməkhaqqında daha dolğun əks olunacaq.
Azərbaycan Respublikasında səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə qabaqcıl standartların tətbiqi, tibb işçilərinin sosial rifahının gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyıb.
Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev bu təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunur və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Bu, tibb işçilərinin sosial rifahının gücləndirilməsinə və yeni əməkhaqqı mexanizmlərinin tətbiqinə yönəldilən əlavə maliyyə təminatını əks etdirir. İslahat xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutur.
Regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr və müəyyən xidmətlər üzrə işin nəticələrinə görə əlavə ödənişlərinə 1,3 əmsalı tətbiq olunacaq. Bu mexanizmlər həkimlərin regionlara cəlb olunmasına və tibbi xidmətlərə əlçatanlığın artırılmasına xidmət edir.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
