FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Buxarada “Azərbaycan mədəniyyəti və sənəti günləri” keçiriləcək
1-09-2026, 17:30 | MƏDƏNİYYƏT
Buxarada “Azərbaycan mədəniyyəti və sənəti günləri” keçiriləcək

Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Buxara vilayətinin aparıcı mədəniyyət və incəsənət müəssisələrinin rəhbərləri arasında görüş keçirilib.

 Buxara vilayətinin Mədəniyyət İdarəsində keçirilən görüşdə Özbəkistan Dövlət Filarmoniyasının vilayət şöbəsinin direktoru Rauf Avezov, Buxara İxtisaslaşdırılmış İncəsənət Məktəbinin direktoru Boburşoh Nurullayev, Vilayət Dram teatrının direktoru Şuxrat Rəcəbov, Kukla teatrının direktoru Gülnora Hüseynova və baş rejissoru Pirnazar İmomnazarov, həmçinin Buxara İxtisaslaşdırılmış Makom Məktəb-internatının direktoru Baxtiyor İsmətov iştirak ediblər.

Görüş zamanı prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin siyasi iradəsi və səyləri nəticəsində iki ölkə arasında formalaşmış əbədi dostluq və qardaşlıq münasibətlərinin inkişafında mədəni əlaqələrin xüsusi rolu vurğulanıb.

Tərəflər Buxara vilayətində “Azərbaycan mədəniyyəti və sənəti günləri”nin keçirilməsi, bu çərçivədə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin təqdim olunması, həmçinin Azərbaycandan və Özbəkistandan olan iştirakçıların birgə tədbirdə təmsil olunması ilə bağlı razılığa gəliblər. Bildirilib ki, tədbir çərçivəsində hər iki ölkənin mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə müxtəlif təqdimatlar, görüşlər, yaradıcılıq proqramları və digər mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Görüşdə, həmçinin sənətçilər və yaradıcı kollektivlər arasında qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin təşkili, milli musiqi və incəsənət nümunələrinin təbliği, birgə konsert proqramlarının, sərgilərin və digər mədəni layihələrin həyata keçirilməsi ilə bağlı təşəbbüslər irəli sürülüb.

Qeyd olunub ki, Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərlər iki ölkə arasında mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsi və zənginləşdirilməsi üçün möhkəm zəmin yaradır.




Baxış sayı: 85
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031