FACT-INFO.AZ » SİYASƏT » Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
1-09-2026, 11:00 | SİYASƏT
Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən Sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü dünyanın bir sıra ölkələrinin media qurumlarının diqqət mərkəzində olub.

Yayımlanan xəbərlərdə bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib, tərəflər arasında birbaşa siyasi dialoqun və praktiki əməkdaşlığın davam etdirilməsi, xüsusilə nəqliyyat, ticarət və regional bağlantılılığın inkişafı önə çəkilib.

Türkiyənin Anadolu agentliyinin məlumatında bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin praktiki mərhələyə keçməsinin göstəricisi kimi dəyərləndirilib. Görüşdə liderlərin birbaşa siyasi dialoqun davam etdirilməsi ilə yanaşı, enerji, ticarət, tranzit və sərhədlərin delimitasiyası üzrə konkret əməkdaşlıq istiqamətlərini müzakirə etdikləri vurğulanıb. Bu baxımdan, xüsusilə TRIPP marşrutunun icrası, qarşılıqlı yük və enerji axınlarının genişləndirilməsinin regional bağlantılılığın və iqtisadi inteqrasiyanın normallaşma prosesinin əsas dayaqlarından birinə çevrildiyi qeyd olunub.

Qardaş ölkədə yayımlanan “Türkiye Gazetesi”, “Son Dakika”, “TRT Avaz”, “Hürriyet”, “Saray Medya”, “Yeni Şafak”, “Ensonhaber”, “Yeni Akit”, “Takvim”, “Bengü Türk”, “İlke” xəbər agentliyi, “CGTN Türk”, “New Turk Post” və TRT-nin ərəbdilli versiyası da bu görüş barədə oxucularına əhatəli məlumatlar çatdırıb.

Rusiyanın TASS agentliyi, “Kommersant”, “Komsomolskaya Pravda”, “Nezavisimaya Gazeta”, “Interfax”, “Vesti.ru”, “Izvestiya”, “RIA Novosti”, “Topwar.ru”, “News.ru”, “Vesti Kavkaza”, “Lenta News” nəşrlərinin Azərbaycanın və Ermənistanın liderlərinin görüşünə dair materiallarında əsas diqqət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh prosesinin möhkəmləndirilməsi və tərəflər arasında birbaşa dialoqun davam etdirilməsinə yönəldilib. Xəbərlərdə, xüsusilə TRIPP marşrutunun həyata keçirilməsi, nəqliyyat əlaqələrinin inkişafı və Azərbaycan ilə Ermənistan arasında iqtisadii-ticari münasibətlərin qurulması önə çıxarılıb. Bundan başqa, bəzi nəşrlərin xəbərlərində Azərbaycanın neft məhsullarının Ermənistana ixracı və tranzit məsələlərinə də xüsusi yer verilib.

Gürcüstanın “Newshub Georgia”, “1TV”, “Netgazeti”, “BM.ge”, “Radio Tavisupleba”, “Interpressnews”, “Resonance Daily”, “Info9”, “PrimeTime”, “On.ge”, “Central Asia” və digər media resurslarında Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın Bişkek görüşünə geniş yer verilib. Materiallarda görüş 2025-ci ilin avqustunda Vaşinqtondakı Sülh Sammitində əldə olunmuş razılaşmaların davamı kimi təqdim edilib, tərəflərin sülh prosesinin möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması və qarşılıqlı etimadın artırılması istiqamətində birbaşa təmasları davam etdirmək barədə razılığa gəldikləri vurğulanıb. Gürcü mediası, xüsusilə Azərbaycandan neft məhsullarının Ermənistana ixracı, Azərbaycan ərazisindən üçüncü ölkələrə və Ermənistana yükdaşımaların genişləndirilməsi, eləcə də TRIPP marşrutunun həyata keçirilməsi ilə bağlı praktiki addımları sülh prosesinin iqtisadi və regional bağlantılılıq komponenti kimi önə çıxarıb. Eyni zamanda, sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının fəaliyyətinin davam etdirilməsi, parlament və vətəndaş cəmiyyəti təmaslarının genişləndirilməsi sülhün institusional və ictimai əsaslarının möhkəmləndirilməsi baxımından qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdəki görüşü İran mediasında da geniş işıqlandırılıb. Bu görüş qonşu ölkənin “IRNA”, “Akharin Khabar”, “Khabarpu” və “Vista” media resurslarında iki ölkə münasibətlərinin normallaşdırılması, sülhün möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi kontekstində təqdim olunub. Materiallarda, xüsusilə tərəflər arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, eləcə də Vaşinqtonda əldə olunmuş razılaşmaların praktiki müstəvidə davam etdirilməsi diqqətə çatdırılıb.

Bu görüş Qırğızıstan mediasının da diqqət mərkəzində olub. Qırğızıstanın “Open.kg”, “24.kg”, “CentralAsia.media” və “Economist.kg” media resurslarında bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülhün möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi təqdim olunub, tərəflərin birbaşa dialoqu davam etdirmək və əldə olunmuş razılaşmaların icrasına diqqət yetirmək barədə mövqeləri önə çıxarılıb. Xüsusilə TRIPP marşrutunun həyata keçirilməsi və regional nəqliyyat bağlantılarının inkişafı ilə bağlı məsələlər vurğulanıb.

Qazaxıstanın “Ulysmedia” və “Kursiv Media” nəşrləri isə görüşün əsas nəticəsini Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi və münasibətlərin normallaşdırılması ilə əlaqələndirib. Xəbərlərdə tərəflərin birbaşa siyasi dialoqu davam etdirmək niyyəti ilə yanaşı, TRIPP marşrutunun reallaşdırılması və regional iqtisadi-nəqliyyat əlaqələrinin genişləndirilməsi də diqqətə çatdırılıb.

Fransada yayımlanan “La Gazette du Caucase” nəşri görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün təmin olunması istiqamətində növbəti təmas kimi təqdim edib. Materialda tərəflərin birbaşa dialoqu davam etdirmək və əldə olunmuş razılaşmaların praktiki icrasına yönəlmək niyyəti önə çıxarılıb.

İsveçrənin “Swissinfo.ch” platformasında isə görüş tərəflərin davamlı sülhün bərqərar olması üçün səyləri davam etdirmək barədə razılığı kontekstində işıqlandırılıb. Xəbərdə birbaşa siyasi dialoqun qorunub saxlanılması və davam etdirilməsi, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin davam etdirilməsi əsas məqamlar kimi qeyd olunub.

Polşanın “Kresy.pl” nəşri görüşün əsas nəticəsini Azərbaycan və Ermənistan liderlərinin gələcəkdə də birbaşa danışıqları davam etdirmək iradəsini təsdiqləməsi kimi təqdim edib. Materialda bu təmasların iki ölkə arasında sülh prosesinin irəlilədilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Tayvanın “Capital Futures” platformasında yayımlanan xəbərdə əsas diqqət liderlərin Bişkekdə görüşməsi və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin davam etdirilməsi barədə razılığa gəlmələrinə yönəlib.

Beynəlxalq media və analitik xəbər resurslarında da bu görüş barədə ətraflı söhbət açılıb. “Commonspace.eu” və “IntelliNews” nəşrlərinin materiallarında bu görüş Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin növbəti mərhələsi kimi qiymətləndirilib. Nəşrlər tərəflərin davamlı sülhə nail olmaq, münasibətləri normallaşdırmaq və birbaşa siyasi dialoqu davam etdirmək istiqamətində razılaşmalarını ön plana çıxarıb, sülh prosesinin irəlilədilməsi baxımından görüşün əhəmiyyətini xüsusi vurğulayıb. (Azərtac)




Baxış sayı: 105
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031