Naxçıvanda inşa edilən günəş elektrik stansiyalarında istifadə olunan fotovoltaik panellər Türkiyədən tədarük edilir.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (BOEMDA) bildirilib ki, Agentliyin sədri Cavid Abdullayev Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının üzvləri ilə görüşündə bu fikirləri səsləndirib.
C. Abdullayev "yaşıl enerji" sektoruna göstərilən marağa görə təşəkkür edib, Azərbaycanda bərpa olunan enerji sahəsində görülmüş işlər, həyata keçirilmiş layihələr, artıq istismarda olan və hazırda tikintisi davam etdirilən elektrik stansiyaları, eləcə də gələcək inkişaf planları barədə ətraflı məlumat verib.
O qeyd edib ki, bir sıra bərpa olunan enerji layihələrinin, xüsusilə Qarabağ və Naxçıvan iqtisadi rayonlarında həyata keçirilən layihələrin icrasında Türkiyə şirkətləri uğurla iştirak edirlər. Bununla yanaşı, Azərbaycan tərəfinin bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Türkiyəyə, eləcə də Türkiyə üzərindən Avropaya ötürülməsi istiqamətində Türkiyə tərəfi ilə sıx əməkdaşlıq etdiyi vurğulanıb.
Görüşdə İş Şurasının sədri Selçuk Akatla yanaşı, Türkiyənin neft, tikinti, bank, reklam, enerji və digər özəl sektorlarını təmsil edən şirkətlərin nümayəndələri iştirak edib.
Görüşdə çıxış edən İş Şurasının sədri S. Akat son illərdə Azərbaycanın enerji sektorunda "yaşıl enerji"nin inkişafına xüsusi önəm verildiyini qeyd edib, bu istiqamətdə COP29 çərçivəsində irəli sürülmüş təşəbbüslərə, eləcə də dövlət proqramlarında və ərazi inkişaf proqramlarında öz əksini tapan fəaliyyət istiqamətlərinə diqqət çəkib. O, Türkiyə şirkətlərinin bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik olduğunu bildirərək, Azərbaycanla bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.
Görüş zamanı İş Şurasının digər üzvləri də çıxış edərək Türkiyə iş adamlarının və özəl sektor nümayəndələrinin Azərbaycanda bərpa olunan enerji sektoruna aid texnologiya və avadanlıqların istehsalının təşkilində maraqlı olduqlarını bildiriblər. Bu çərçivədə Azərbaycanda Türkiyə şirkətləri ilə birgə müəssisələrin yaradılması imkanları, habelə texnologiya transferi və yerli istehsalın təşkili ilə bağlı müxtəlif təkliflər səsləndirilib.
Baxış sayı: 100
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
