Təhsil sahəsində əməkdaşlıq çərçivəsində 2026-2027-ci tədris ilində 10 nəfər Azərbaycan vətəndaşı Latviyada təqaüdlə təhsil alacaq.
Bu barədə Fact-info.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Latviya tərəfinin yekun qərarına əsasən, təqaüd hüququ qazanan Azərbaycan vətəndaşları bu ölkənin Riqa Stradınış Universiteti, Riqa Texniki Universiteti, Latviya Universiteti, Latviya Biologiya Elmləri və Texnologiyaları Universiteti, Nəqliyyat və Rabitə İnstitutu, “Turība” Ali Biznes Məktəbi və digər ali təhsil müəssisələrində müxtəlif səviyyələr üzrə təhsil almaq imkanı əldə ediblər.
Qeyd olunub ki, Latviya hökumətinin təqaüd proqramından faydalanan 22 ölkə arasında Azərbaycan təqaüdçülərin sayına görə ilk beşlikdə yer alır.
Baxış sayı: 115
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
