FACT-INFO.AZ » SİYASƏT » Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub
29-08-2026, 08:00 | SİYASƏT
Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub

Avqustun 28-də Türkiyənin Azərbaycandakı səfirliyi ölkəsinin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Fact-info.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Prezident Rəcəb Tayyib Ərdoğanın 30 Avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.

Çıxış edən səfir Birol Akgün 30 Avqust - Zəfər bayramının Türkiyə tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib. O, İstiqlal müharibəsinin Baş Komandanı Qazi Mustafa Kamal Atatürkü, onun silahdaşlarını, qəhrəman ordunun əsgərlərini və mübarizədə iştirak edən xalqın bütün nümayəndələrini ehtiramla yad edib.

Səfir qeyd edib ki, türk tarixində avqust qələbələr ayı kimi yadda qalıb. O, 1071-ci ildə Malazgirt döyüşündən başlayan və 1922-ci ildə Dumlupınarda Böyük Taarruzun qələbəsi ilə davam edən tarixi yolun türk xalqının əzmkarlığının və mübarizə ruhunun göstəricisi olduğunu vurğulayıb.

Birol Akgün Türkiyənin müasir dövrdə də sülh və sabitliyə üstünlük verdiyini diqqətə çatdıraraq deyib: “Qlobal sistemdə artan qeyri-müəyyənliklər və bölgəmizdə davam edən münaqişələr fonunda Türkiyə çəkindirici hərbi gücə malik olmağın zəruriliyini dərk edir. Bununla belə, Türkiyə hər zaman sülhün və sabitliyin tərəfdarıdır”.

Səfir bildirib ki, Türkiyə başda BMT olmaqla beynəlxalq platformalarda vasitəçilik və xoşməramlı təşəbbüslərini bundan sonra da davam etdirəcək. O, Qazi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipinin Türkiyənin xarici siyasətində mühüm yer tutduğunu vurğulayıb.

Sonra Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edib. Müdafiə naziri Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təmələ söykəndiyini vurğulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” prinsipi iki qardaş ölkə arasındakı münasibətlərin əsasını təşkil edir.

Zakir Həsənov Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin müdafiə və təhlükəsizlik sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn əlaqələr çərçivəsində müdafiə qurumları arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

Nazir bildirib ki, ötən il Türkiyədə iki ölkənin müdafiə qurumları arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalanıb. O, müasir təhlükə və çağırışlar fonunda müdafiə potensialının artırılmasının vacibliyini qeyd edib.

“Bu gün müdafiə qurumlarımız arasında əməkdaşlıq öz dövrünün ən yüksək səviyyəsini yaşayır. Əməkdaşlığımız ildən-ilə genişlənir, yeni təşəbbüslər irəli sürülür”, - deyə Zakir Həsənov vurğulayıb.

Müdafiə naziri Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun olaraq hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə islahatlar aparıldığını bildirib. O, iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə mütəmadi birgə hərbi təlimlər keçirdiyini, bunun orduların peşəkarlığının və qarşılıqlı uzlaşmasının artırılmasına mühüm töhfə verdiyini deyib.

Hərbi təhsil sahəsində əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirən Zakir Həsənov hazırda Türkiyənin hərbi təhsil və təlim müəssisələrində çoxsaylı azərbaycanlı hərbi qulluqçunun təhsil aldığını qeyd edib və yaradılan şəraitə görə qardaş ölkəyə təşəkkürünü bildirib.

O, hərbi-texniki əməkdaşlığın da sürətlə inkişaf etdiyini, Türkiyənin hərbi sənaye şirkətlərinin Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə əhəmiyyətli töhfə verdiyini diqqətə çatdırıb.

Müdafiə naziri çıxışının sonunda Azərbaycan və Türkiyənin müstəqilliyi və təhlükəsizliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib və qardaş Türkiyəni Zəfər bayramı və Türk Silahlı Qüvvələri Gününün 104-cü ildönümü münasibətilə təbrik edib.

Rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.




Baxış sayı: 45
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30