“Özbəkistan çoxvektorlu, ölçülüb-biçilmiş və balanslaşdırılmış xarici siyasətin davam etdiriləcək”.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin Müstəqilliyinin 35 illiyinə həsr olunmuş təntənəli tədbirdə bildirib.
Prezident deyib ki, xarici siyasətin prioritet istiqamətlərindən biri iqtisadi diplomatiya olaraq qalacaq: “Mühüm hadisələrdən biri Özbəkistanın 2027–2029-cu illərdə Qoşulmama Hərəkatına ilk dəfə sədrlik etməsi olacaq. Təşkilat 120-dən çox dövləti birləşdirir”.
Prezident, həmçinin vurğulayıb ki, Özbəkistan Əfqanıstana münasibətdə konstruktiv siyasətini davam etdirəcək.
Mirziyoyev bildirib ki, ölkənin yeni böyük tarixini və onun “qızıl əsrini” özbək xalqı birlikdə yaradacaq və vətəndaşları dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik edib.
O, təntənəli tədbirin Yeni Daşkənddə keçirilməsinin mərasimə xüsusi ab-hava qatdığını qeyd edib:
“Yeni Daşkənd gələcəkdə elm, təhsil və mədəniyyətin böyük mərkəzinə çevrilməlidir. Ötən gün burada Yeni Özbəkistan Universitetinin, Özbəkistan Milli Pedaqoji Universitetinin və Özbəkistan Milli Kitabxanasının binaları istifadəyə verilib”.
Baxış sayı: 80
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
