Qazaxıstanın paytaxtındakı Triatlon parkında Azərbaycanın milli incəsənətinə, musiqisinə və idman-pəhləvanlıq ənənələrinə həsr olunmuş mədəni-əyləncəli tədbir keçirilib.
Fact-info.az xəbər verir ki, tədbir azərbaycanlıların “Xəzər” Etnomədəni Birliyi tərəfindən Astana şəhər hakimiyyəti ilə birgə təşkil olunub. Proqram çərçivəsində Azərbaycanın tanınmış pəhləvanı, “El pəhləvanları” İdman Klubu İctimai Birliyinin sədri Nurəddin Beyləqanlı Astanada yaşayan sakinlər və şəhərin qonaqları qarşısında möhtəşəm nömrələrlə çıxış edib.
“Xəzər” Etnomədəni Birliyinin sədri Mahir Rzayev milli mədəniyyətin təbliği və ənənələrin qorunması baxımından bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
“Qazaxıstanda Azərbaycan xalqının zəngin mədəni irsinin və milli ənənələrinin təbliği baxımından belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır. Türk pəhləvanımızın yalnız gücünü və məharətini deyil, həm də pəhləvanlıq ənənələrinin davam etdirilməsini nümayiş etdirməsi xüsusilə əlamətdar haldır. Bu, gənclər üçün layiqli nümunə olmaqla yanaşı, milli kimliyin qorunmasına və öz köklərinə hörmət hissinin formalaşmasına da töhfə verir”.
Proqramın musiqi hissəsini Azərbaycanın milli musiqi aləti olan tarda əsərlər ifa edən Sadıq Namazovun çıxışı zənginləşdirib. Tamaşaçılar qarşısında, həmçinin Azərbaycanın milli rəqslərindən ibarət proqram təqdim edən “Qadir” rəqs ansamblı çıxış edib.
Tədbir Azərbaycanın zəngin mədəni irsinin təbliği, eləcə də xalqlar arasında dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyıb.
Baxış sayı: 65
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
