FACT-INFO.AZ » SİYASƏT » Yalçın Rəfiyev İƏT xarici işlər nazirləri şurasının fövqəladə iclasında iştirak edib
28-08-2026, 08:00 | SİYASƏT
Yalçın Rəfiyev İƏT xarici işlər nazirləri şurasının fövqəladə iclasında iştirak edib

Avqustun 27-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının 23-cü fövqəladə iclasında iştirak edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İƏT-in mənzil qərargahında baş tutmuş fövqəladə iclasın gündəliyində İƏT-in yeni Baş katibinin seçilməsi, eləcə də Fələstin və Əl-Qüds Əş-Şərif məsələləri yer alıb.

Tədbirin əvvəlində İƏT-in yeni baş katibinin seçilməsi ilə bağlı müvafiq qərar yekdilliklə qəbuledilib. Qərara əsasən, müvafiq vəzifəyə yeganə namizəd olan Mavritaniya İslam Respublikasının sabiq xarici işlər naziri İsmayıl Uld Şeyx Ahmed İƏT-in yeni baş katibi seçilib.

İclasda çıxış edən Y.Rəfiyev yeni baş katibi təyinat münasibətilə təbrik edərək fəaliyyəti müddətində ona Azərbaycan Respublikası tərəfindən tam dəstək veriləcəyini ifadə edib. Eyni zamanda, İƏT baş katibi kimi müddəti başa çatmış Hissein Brahim Tahaya ötən müddət ərzində göstərmiş olduğu səmərəli fəaliyyətə görə təşəkkür olunub.

Çıxışda İƏT-in mühüm beynəlxalq təsisat kimi inkişaf perspektivlərinə və qarşısında duran vəzifələrə toxunulub. Nazir müavini ölkəmizin 2027-ci ildə İƏT Dövlət və Hökumət Başçıları Zirvəsinə ev sahibliyi edəcəyini və quruma sədrlik edəcəyini xatırladaraq, təşkilatın maraqları və üzv dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində yeni baş katiblə yaxından işləyəcəyini bildirib.

İclasın gündəliyində duran Fələstin məsələsinə dair Azərbaycanın dəyişməz və prinsipial mövqeyi, beynəlxalq hüququn aliliyinə hörmətin əhəmiyyəti, habelə ölkəmiz tərəfindən Fələstin xalqına xüsusilə təhsil və səhiyyə sahəsində göstərilmiş yardımlar qeyd edilib. Y.Rəfiyev Fələstin Baş naziri Məhəmməd Mustafanın cari ilin iyul ayında ölkəmizə baş tutmuş rəsmi səfərinin iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində yeni imkanlar açdığını nəzərə çatdırıb.




Baxış sayı: 105
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30