FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Əməkdar incəsənət xadimi, yazıçı, dramaturqun 105 illiyinə həsr olunmuş materiallar hazırlayıb
27-08-2026, 16:00 | MƏDƏNİYYƏT
Əməkdar incəsənət xadimi, yazıçı, dramaturqun 105 illiyinə həsr olunmuş materiallar hazırlayıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq, jurnalist və publisist Seyfəddin Dağlının anadan olmasının 105 illiyi münasibətilə “Mətbuatdan gümüş ekrana uzanan yaradıcılıq yolu” adlı təqdimat və “Sözün hikmətinə dəyər verən sənətkar” adlı biblioqrafik icmal hazırlanıb.

Kitabxanadan Fact-info.az-a bildirilib ki, materiallar yazıçının ədəbi irsinin daha geniş auditoriyaya çatdırılması, onun əsərlərinin tanıdılması və xüsusilə gənc oxucuların Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı ilə yaxından tanış olması məqsədilə hazırlanıb. Təqdimatda Seyfəddin Dağlının həyat və yaradıcılıq yolu, ədəbi fəaliyyəti, jurnalistika sahəsindəki xidmətləri, yaradıcılığının əsas istiqamətləri, əsərləri və Azərbaycan ədəbiyyatındakı mövqeyi haqqında geniş məlumatlar təqdim edilir. Kitabxananın rəsmi saytında (https://ryl.az/electronic-services/AI_kitab_teqdimatlari) yerləşdirilən təqdimatın süni intellekt texnologiyaları vasitəsilə hazırlanması Seyfəddin Dağlının zəngin yaradıcılıq irsinin gənc nəslə daha müasir, maraqlı və vizual formada çatdırılmasına imkan yaradır.

“Sözün hikmətinə dəyər verən sənətkar” adlı biblioqrafik icmalda dramaturq Seyfəddin Dağlının mənalı ömür yolu və çoxşaxəli yaradıcılığı haqqında məlumat, rəsmi sənədlərin tam mətni, görkəmli şəxsiyyətlərin yazıçı haqqında söylədikləri dəyərli fikirlər yer alır. Materialda Əməkdar jurnalist Qafar Əsgərzadənin “Sözün hikmətinə dəyər verən sənətkar”, Əməkdar jurnalist Flora Xəlilzadənin “Ustad və cəsarətli sənətkar”, yazıçı, publisist Tahir Abbaslının “Seyfəddin Dağlı - fizio-ideoloji surəti, şəxsiyyəti, özünə (və hamıya) məxsusluğu ilə seçilmiş obraz...”, jurnalist Zöhrə Fərəcovanın “Nə yazıbsa, doğrunu yazıb” adlı məqalələrin tam mətni təqdim edilir.

Vəsaitdə, həmçinin Seyfəddin Dağlının müəllifi olduğu kitabların biblioqrafik icmalı və dövri mətbuat nümunələrinin siyahısı da yer alır. Biblioqrafik icmal kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib.




Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30