Mədəniyyət Nazirliyinin və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə növbəti dəfə təntənəli şəkildə qeyd edilən Laçın Şəhəri Günü çərçivəsində konsert proqramı olub.
Fact-info.az xəbər verir ki, Həkəri çayının sahilində qurulmuş əsas səhnədə təqdim olunan konsert proqramını tanınmış mədəniyyət və incəsənət xadimləri, doğma yurdlarına qayıdan laçınlı sakinlər və çoxsaylı qonaqlar izləyiblər.
Proqramda Azərbaycanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə “Qarabağ”, “Mənim Azərbaycanım”, “Sən qalibsən”, “Laçın”, “Ey, Vətən” və digər mahnılar səsləndirilib.
Həmçinin Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının təqdimatında “Uzundərə”, “Vağzalı-Mirzəyi”, “Yallı” və digər milli rəqs nümunələri təqdim olunub.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
