Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib.
Fact-info.az-a DİM-dən bildirilib ki, jurnalın yeni nömrəsində 2026/2027-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı ixtisas qrupları üzrə təqdim olunub. I, II və III ixtisas qrupları üzrə qəbul olunanların siyahıları ayrıca jurnallarda, IV və V ixtisas qrupları üzrə qəbul olunanların siyahıları isə bir jurnalda dərc edilib.
Nəşrdə, həmçinin təhsilin ödənişli əsaslarla aparıldığı ixtisaslar və dövlət sifarişi əsasında ayrılmış yerlər üzrə müsabiqənin nəticələrinə əsasən formalaşan keçid balları əksini tapıb. Bundan əlavə, dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə və ixtisaslara qəbul olan abituriyentlərin bölgüsü, müsabiqədənkənar qəbul olunanların siyahısı və digər məlumatlar təqdim edilib.
“Abituriyent” jurnalının elektron versiyasını (PDF formatında) www.abiturient.az saytından əldə etmək mümkündür.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
