FACT-INFO.AZ » CƏMİYYƏT » Pirverdiyev Gülməmməd Şıxı oğlunun şərəfli ömür yolu
26-08-2026, 14:00 | CƏMİYYƏT
Pirverdiyev Gülməmməd Şıxı oğlunun şərəfli ömür yolu

Pirverdiyev Gülməmməd Şıxı oğlu 1900-ci ildə Şamaxı qəzasının qədim və səfalı Sündü kəndində anadan olmuşdur. O, həyatının ilk illərini həmin kənddə keçirmiş, dövrün bütün çətinliklərinə baxmayaraq, elmə və təhsilə böyük maraq göstərmişdir. 

Həmin illərdə kəndlərdə müasir məktəblərin sayı çox az idi. Buna görə də uşaqların təhsili əsasən mollaxanalarda, fərdi evlərdə və ziyalı şəxslərin təşkil etdikləri kiçik məktəblərdə həyata keçirilirdi. Gülməmməd müəllim də ilk təhsilini Sündü kəndində belə məktəblərdə almışdır. 

O dövrün ziyalılarından Nəsrulla, Möhsüm və Babaş müəllimlərin təşkil etdikləri məktəblərdə təhsil alan Gülməmməd müəllim burada yalnız dini biliklərlə kifayətlənməmişdir. Quranın öyrənilməsi ilə yanaşı, riyaziyyat , coğrafiya və digər dünyəvi elmlər də tədris olunurdu. Bu təhsil onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. 

Elm və biliyə olan həvəsi Gülməmməd müəllimi daha çox öyrənməyə sövq etmişdir. O, qonşu Xilmilli kəndinə gedərək rus dilini də öyrənmişdir. Bu, həmin dövr üçün böyük əhəmiyyət daşıyan bir bacarıq idi və onun gələcək pedaqoji fəaliyyətinə mühüm təsir göstərmişdir. 

Gülməmməd müəllim təhsilini davam etdirərək Quba qəzasının Orta Ali Məktəbinə daxil olmuş və burada müəllimlik peşəsinə yiyələnmişdir. Təhsilini başa vurduqdan sonra bütün həyatını gənc nəslin maariflənməsinə və tərbiyəsinə həsr etmişdir. 

1920-ci ildən müəllim kimi fəaliyyətə başlayan Gülməmməd müəllim Şamaxı qəzasının müxtəlif kəndlərində çalışmışdır. O, Yekəxana, Ərəbqədim, Cəmcəmli və digər kəndlərdə müəllimlik etmiş, uşaqların savadlanması və təhsilə cəlb olunması üçün böyük əmək sərf etmişdir. 

Təxminən on üç il davam edən bu fəaliyyət dövründə Gülməmməd müəllim yalnız dərs deyən pedaqoq kimi deyil, həm də kənd camaatının hörmət etdiyi, məsləhət aldığı ziyalı kimi tanınmışdır. 

1933-cü ildən etibarən Gülməmməd müəllim doğma Sündü kənd ibtidai məktəbinə müəllim təyin olunmuşdur. Beləliklə, o, özünün ilk təhsil aldığı kəndə müəllim kimi qayıtmış və burada yeni nəslin yetişdirilməsinə başlamışdır.

Onun üçün müəllimlik sadəcə bir peşə deyildi. Gülməmməd müəllim məktəbdə uşaqlara bilik verməklə yanaşı, onların düzgün tərbiyə olunmasına, vətənə, xalqa və zəhmətə hörmət ruhunda böyüməsinə xüsusi diqqət yetirirdi.

Kəndin uşaqları və valideynləri onun tələbkarlığını, ədalətini və insanlara münasibətindəki səmimiyyətini yüksək qiymətləndirirdilər.

Gülməmməd müəllimin fəaliyyəti yalnız məktəblə məhdudlaşmırdı. O, dövrün ictimai-siyasi həyatında da fəal iştirak edirdi. 

1946-cı ildən 1956-cı ilədək Gülməmməd müəllim Sündü orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. Bu illər onun pedaqoji fəaliyyətinin ən məsuliyyətli mərhələlərindən biri olmuşdur. 

Məktəb rəhbəri kimi o, müəllim kollektivinin fəaliyyətini təşkil edir, şagirdlərin təlim-tərbiyəsinə nəzarət edir, məktəbin inkişafı üçün əlindən gələni əsirgəmirdi. Qarşısına çıxan çətinlklərə baxmayaraq, ona tapşırılan vəzifənin öhdəsindən ləyaqətlə gəlmişdir. 

Gülməmməd müəllimin uzun illər ərzində göstərdiyi pedaqoji və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 

O, 1949-cu ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1952-ci ildə “Lenin” ordeni ilə təltif edilmişdir. 1960-cı ildə isə uzunmüddətli və səmərli pedaqoji fəaliyyətinə görə “Əməkdar müəllim”` fəxri adına layiq görülmüşdür. 

1960-cı ildən səhhəti ilə əlaqədar fərdi təqaüdə çıxan Gülməmməd müəllim ömrünün qalan illərini doğma Sündü kəndində keçirmişdir.

1969-cu il iyun ayının 4-də  Gülməmməd müəllim vəfat etmişdir. O, doğma Sündü kəndinin qəbiristanlığında dəfn olunmuşdur.  

Bu günlərdə Pirverdiyev Gülməmməd Şıxı oğlunun Sündü kəndində fəaliyyət göstərən muzeydə onun həyatı və fəaliyyəti ilə bağlı xatirəsi yad olundu.

Tədbiri giriş sözü ilə açan muzeyin təşkilatçısı Ziya Məlikov dəvətə görə bura toplaşanları salamladıqdan sonra mövzu ilə əlaqədar sözü əməkdar müəllim İdris Alcanova verdi. İdris müəllim çıxışında Sündü  məktəbinin ilk yaranmasından hal-hazırda tam orta məktəb kimi fəaliyyət göstərməsi ilə bağlı geniş məlumat verdi. Vaxtında bu məktəbdə ətraf kəndlərin şagirdlərinin də təhsil alması üçün şərait yaradılırdı. Sündü məktəbinin yüksək təhsil səviyyəsinə çatdırılmasında bir direktor kimi Gülməmməd müəllimin əməyi əvəzolunmazdır. Müəllimin həyat yolunu və pedaqoji fəaliyyətini əks etdirən videoçarxı izləyərkən də bunun şahidi olduq. 

O, həm də gözəl ailə başçısı idi. Dörd oğul və iki qız atası olan Gülməmməd müəllimin övladlarının müxtəlif ixtisasa yiyələnmələrində böyük rolu olmuşdur. Məhz belə pedaqoqların sayəsində Sündü kəndində təhsilə həmişə önəm verilmiş və öz ziyalıları ilə fərqlənmişdir. Elə zamanında təhsil sahəsində çalışan beş nəfər həmyerlimiz əməkdar müəllim adına layiq görülmüşdür.

Gülməmməd müəllimin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq. 

Əməkdar müəllim, el ağsaqqalı Əhməd Seyidəhmədov çıxışında bildirdi ki, bir müddət Gülməmməd müəllimlə çiyin-çiyinə işləmişəm. Onu tələbkar, ədalətli və qayğıkeş bir müəllim kimi tanımışam. İxtisasım yaxın olduğundan iş birliyimizdə bir olub. Fəxr edirəm ki, onun davamçılarından biri də mən olmuşam. Belə bir tədbirin təşkilinə görə Ziya müəllimə də təşəkkür edirəm. 

Səhhəti ilə əlaqədar Xatirə Günündə iştirak edə bilməyən Nəriman müəllimin Gülməmməd müəllim haqqında söylədiyi səmimi fikirləri, xoş xatirələri və ürək sözləri video görüntü vasitəsilə tədbir iştirakçılarına çatdırıldı.

Tədbirdə iştirak edən Hacı Güloğlan, Əlfi müəllim, Rövşən müəllim, qonaqlardan – Cəmcəmli kənd sakini, təqaüddə olan müəllim Məhəmməd Bayramov, Çuxanlı kənd Qalib Ələkbərov adına tam orta ümumtəhsil məktəbinin direktoru Əmirağa Eyyubov Gülməmməd Pirverdiyev haqqında xoş təəssüratlarını bölüşdülər və eşitdikləri bilgilərdən söz açdılar. 

Sonda Gülməmməd müəllimin oğlu Nadir Pirverdiyev bu tədbirin təşkilinə görə Ziya Məlikova və iştirakçılara yaxınları adından öz minnətdarlığını bildirdi. Atasının bütün sənədlərini muzeydə saxlamaq üçün Ziya müəllimə təqdim etdi.

Tədbirdə çıxışlararası həzin musiqi nömrələrinə də yer verilirdi.

Müəllifdən: Biz cəmcəmlilər də Gülməmməd Piriyevin əziz xatirəsini heç vaxt unutmayacağıq. Ona görə ki, Cəmcəmli kəndində ilk ibtidai məktəbin yaradıcısı və müəllimi məhz o olmuşdur.

 

                         Məhəmməd Bayramov

                             Qobustan rayonu 






Baxış sayı: 1 030
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30