Azərbaycanın və Özbəkistanın Xalq artisti adını daşımaq mənim üçün böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir. Bu məsuliyyət mənə iki qardaş ölkənin mədəniyyətlərini sənət vasitəsilə daha da yaxınlaşdırmaq üçün yeni layihələr həyata keçirməyə stimul verir.
Fact-info.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova deyib.
Xalq artisti diqqətə çatdırıb ki, Azərbaycan musiqisi Özbəkistanda hər zaman böyük maraq və sevgi ilə qarşılanır. “Həmçinin doğma özbək xalqına Azərbaycanda qardaş xalq kimi böyük sevgi və hörmət bəslənilir. Mən bunun şahidi olduqca böyük qürur hissi keçirirəm. Özbəkistanın böyük sənətkarı, Azərbaycan-Özbəkistan Xalq artisti Fərrux Zakirovla, Özbəkistanın Xalq artisti, muğam ustadı Munojat xanımla da çox gözəl münasibətlərimiz və dostluğumuz var. Azərbaycan musiqisinin Özbəkistan televiziyaları vasitəsilə özbək xalqına təqdim olunması da bizim sənətimizə və sənətçilərimizə göstərilən böyük sevginin göstəricisidir. Əsas məqsədlərimdən biri klassik irsimizi gənc nəslə daha müasir və maraqlı təqdim etmək, onları milli sənət nümunələrimizə yaxınlaşdırmaqdır”,- deyə o əlavə edib.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
