Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə avqustun 23-də “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2027-2028-ci illər üçün Əməkdaşlıq Proqramı”nın mübadiləsi həyata keçirilib.
Fact-info.az-a Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Əməkdaşlıq Proqramının icrası çərçivəsində “ASAN xidmət”də tətbiq edilən süni intellekt həlləri, insan resurslarının idarə olunması, dövlət xidmətlərinin göstərilməsi üzrə biznes-proseslərin optimallaşdırılması və digər sahələr üzrə Özbəkistanın Dövlət Xidmətləri mərkəzlərində fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlimlərin təşkili, həmçinin təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, 2019-cu il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistanın müvafiq qurumu arasında “Özbəkistan Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsi haqqında” Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunun icrası çərçivəsində həyata keçirilmiş əməkdaşlığın nəticəsində hazırda Özbəkistanda “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərən 200-dən çox Dövlət Xidmətləri mərkəzləri mövcuddur.
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
