ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı “maliyyə hücumu”na başladığını elan edib.
Xarici media xəbər verir ki, ölkənin maliyyə naziri Skott Bessent bu addımı münaqişənin “son mərhələsi” kimi qiymətləndirib və 24 avqust tarixini həlledici “D” günü adlandırıb. Nazirin sözlərinə görə, Prezident Donald Trampın rəhbərliyi altında düşmənə qarşı indiyə qədər görünməmiş miqyasda ən böyük iqtisadi təzyiq mexanizmləri, o cümlədən əvvəllər istifadəsinə ehtiyac duyulmayan bütün dövlət strukturları və səlahiyyətləri tam aktivləşdirilib. Tramp daha əvvəl Tehrana qarşı amansız “iqtisadi müharibə və təcrid” siyasətini bəyan edərək, İrana hər hansı formada dəstək verən xarici maliyyə qurumlarını, biznesləri, hava limanlarını və dövlət orqanlarını ABŞ-nin ciddi sanksiyaları ilə hədələmişdi.
Rəsmi Tehran isə Vaşinqtonun bu hərəkətlərinə kəskin reaksiya verib.
Baxış sayı: 110
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
