FACT-INFO.AZ » SİYASƏT » Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir
23-08-2026, 09:30 | SİYASƏT
Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan Respublikasının Qazaxıstandakı səfiri Əlimirzamin Əsgərovla görüşüb.

Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın aktual məsələləri, həmçinin Qazaxıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın və müttəfiqliyin daha da möhkəmləndirilməsi perspektivləri müzakirə edilib.

Dövlət başçıları arasında müntəzəm təmasların və etimadlı dialoqun Qazaxıstan-Azərbaycan münasibətlərinin ardıcıl inkişafı üçün möhkəm əsas olduğu vurğulanıb.

İqtisadi-ticari əməkdaşlığa xüsusi diqqət yetirilib. İkitərəfli ticarətin yüksək dinamikası, qeyri-xammal ixracının genişləndirilməsi, sənaye kooperasiyasının inkişaf etdirilməsi və qarşılıqlı investisiyaların artırılması üçün böyük potensialın olduğu qeyd edilib.

Tərəflər tranzit-nəqliyyat əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini də vurğulayıblar. Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TXBMT) inkişafında Azərbaycanı əsas tərəfdaşlardan biri hesab edir.

Tərəflər Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Azərbaycanın səfiri səmimi qəbula görə təşəkkür edib, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda münasibətlərin gələcək inkişafına töhfə verməyə hazır olduğunu təsdiqləyib.




Baxış sayı: 105
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30