FACT-INFO.AZ » İQTİSADİYYAT » Kəlbəcərin dəvəgözü yataqlarında beynəlxalq arxeoloji tədqiqat aparılıb
22-08-2026, 11:30 | İQTİSADİYYAT
Kəlbəcərin dəvəgözü yataqlarında beynəlxalq arxeoloji tədqiqat aparılıb

Xocavənd rayonu Böyük Tağlar kəndi ərazisində yerləşən Tağlar mağarasında Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının üçüncü mövsüm tədqiqatları davam edir.

Fact-info.az-a AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan bildirilib ki, tədqiqatların əsas hissələrindən birini laboratoriya təhlilləri təşkil edir.

Mağaradan əldə olunmuş dəvəgözü (obsidian) nümunələrinin mənşəyinin müəyyənləşdirilməsi istiqamətində laboratoriya və kameral işlər aparılır. Bu tədqiqatlar mağarada aşkar edilmiş dəvəgözündən hazırlanmış daş alətlərin xammal mənbələrinin coğrafi və geoloji mənşəyini müəyyənləşdirməyə, həmçinin həmin materialların texnoloji seçimi və istifadəsi barədə daha dolğun təsəvvür formalaşdırmağa imkan verəcək. Bu məqsədlə Tokio Universitetindən xüsusi mobil texniki qurğu gətirilib. Məlum olduğu kimi, ölkəmizdə əsas dəvəgözü yataqları Kəlbəcər rayonunda yerləşir. Bu nümunələri əldə etmək və mövcud bazalara daxil etmək məqsədilə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Azərbaycan tərəfdən rəhbəri, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Azad Zeynalov, ekspedisiya üzvü, aparıcı elmi işçi dosent Yaqub Məmmədov və Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən Edilməsi üzrə Ekspert Şurasının üzvü Faiq Nəsibov Kəlbəcər rayonuna səfər ediblər.

Yaponiya alimləri qrupunun rəhbəri, Tokio Universiteti Muzeyinin direktoru və Çiba Texnologiya İnstitutunun geokosmoloji tədqiqatların fənlərarası perspektivdən təşviqi üzrə direktor müavini professor Yoşihiro Nişiaki də səfərdə iştirak edib. Tədqiqat çərçivəsində Kəlbəcər rayonu ərazisində yerləşən Keçəldağdan və ətraf ərazilərdən nümunələr əldə olunub.

Götürülmüş nümunələrin bir qismi tədqiqatlara cəlb olunmaqla yanaşı, müəyyən hissəsi əsaslı araşdırmalar üçün Tokio Universitetinə, ABŞ-nin Kolumbiya şəhərində yerləşən Missuri Universitetinin nəzdində fəaliyyət göstərən MURR (Missuri Universiteti Tədqiqat Reaktoru) laboratoriyasına göndəriləcək, həmçinin Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutuna və Təbiət Tarixi Muzeyinə təqdim olunacaq. Bu addım Tağlar mağarasında əldə olunmuş nümunələrin mənşəyinin müəyyən olunması ilə bərabər, digər abidələrdən əldə olunmuş dəvəgözü nümunələrinin tədqiqinə töhfə verəcək.

Qeyd edək ki, Tağlar mağarasının tədqiqində iştirak edən yapon elmi heyətində Milli Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları İnstitutunun professoru Toru Tamura, Aoyama-Gakuin Universitetinin doktoru Hiroto Nakata, Tsukuba Universitetinin dosenti Saici Arai, Çiba Texnologiya İnstitutunun tədqiqatçı köməkçiləri - doktor Vang Yung, Miho Takehana və Şoqo Kume kimi mütəxəssislər təmsil olunublar.




Baxış sayı: 85
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30