FACT-INFO.AZ » QHT » ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib
18-08-2026, 18:30 | QHT
ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

ABŞ-də səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Amerikalılar üçün Tədqiqat İnstitutunun (RINA) təsisçisi və İdarə Heyətinin rəhbəri Sem Kliger, Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzinin rəhbəri Yakov Abramov, Nyu-York Ştat Assambleyasının üzvləri Mixail Novaxov və Alek Bruk Krasnı ilə görüşüb.

Dövlət Komitəsindən Fact-info.az-a bildirilib ki, Sem Kligerlə görüşdə Azərbaycan-ABŞ münasibətlərinin inkişafında diasporun rolu, RINA ilə Azərbaycan diasporu arasında təcrübə mübadiləsinin genişləndirilməsi, gənclər və liderlik proqramlarının həyata keçirilməsi, eləcə də icmalararası dialoqun gücləndirilməsi məsələləri müzakirə olunub. Sem Kligerə Azərbaycan diasporuna və Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafına verdiyi töhfələrə görə təşəkkürnamə təqdim edilib.

Yakov Abramovla görüşdə Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzinin Azərbaycan və Qafqaz yəhudilərinin tarixi-mədəni irsinin qorunması və tanıdılması istiqamətində fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və Cənubi Qafqazda davamlı sülh təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb. TRIPP layihəsinin tezliklə həyata keçirilməsi ilə bağlı Azərbaycan və ABŞ prezidentlərinin müzakirələrinə də diqqət çəkilib.

Nyu-York Ştat Assambleyasının üzvləri ilə görüşlərdə Azərbaycan icmasının şəhərin ictimai, mədəni və iqtisadi həyatında iştirakı və iki tərəf arasında əlaqələrin inkişafında diasporun rolu müzakirə olunub. Tərəflər mədəniyyət, təhsil, gənclər və icmalararası dialoq sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Nyu-York Ştat Assambleyasının üzvü Mixail Novaxov 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Nyu-York Ştat Assambleyasında qəbul edilmiş bəyannaməni Fuad Muradova təqdim edib. Bəyannamədə Azərbaycanın müstəqillik yolu, tolerantlıq ənənələri və ABŞ-də yaşayan azərbaycanlıların, o cümlədən dağ yəhudilərinin ictimai fəallığı qeyd olunub.

Görüşlərdə diasporun azərbaycanlıların yerli cəmiyyətlərə inteqrasiyası, ölkəmizin tarixi-mədəni irsinin, multikulturalizm və tolerantlıq dəyərlərinin, həmçinin sülh və əməkdaşlıq gündəliyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında rolu vurğulanıb.




Baxış sayı: 130
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30