Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-in Mətbuat xidməti idarəsindən Fact-info.az-a bildirilib ki, görüş zamanı son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.
Xüsusilə, avqustun 13-də “Çistota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib.
Bununla yanaşı, avqustun 7-də “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı səsləndirilən cəfəngiyyat, avqustun 9-da “YouTube” platformasında, avqustun 16-da isə “Spas” telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi xatırlanıb.
Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsinin, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.
Azərbaycan tərəfinin dəfələrlə sözügedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsinə baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu bildirilib.
Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə gözləntimiz bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
