Azərbaycan Milli Kitabxanasında ədəbiyyatşünas, ədəbi tənqidçi, türkoloq, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlunun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Professor Kamil Vəli Nərimanoğlu – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Fact-info.az-a Kitabxanadan bildirilib ki, sərgidə professor Kamil Vəli Nərimanoğlunun həyat və yaradıcılığı haqqında nəşrlər, müəllifi olduğu əsərlər, “Ön söz” yazdığı, tərcüməçisi, tərtibçisi və redaktoru olduğu monoqrafiyalar, Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, eləcə də dövri mətbuat materialları nümayiş edilib.
Kamil Vəliyevin elmi fəaliyyəti dilçilik, folklor, poetika və türkoloji araşdırmalar istiqamətində sistemli tədqiqatlarla xarakterizə olunur. O, Məhəmməd Füzulinin “Türk divanının dibaçəsi”, Əlişir Nəvainin “İki dilin mübahisəsi” və Yusif Balasaqunlunun “Qutatqu bilik” əsərlərinin nəşrlərinə elmi “Ön söz” yazıb, əsərlərin tərcümə və nəşrinə elmi rəhbərlik edib.
Kamil Vəliyev 40-dan çox elmi monoqrafiyanın və 500-dən artıq elmi məqalənin müəllifidir, dünyanın 20-dən artıq ölkəsində keçirilmiş beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
