FACT-INFO.AZ » MEDİA » Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar
18-08-2026, 11:30 | MEDİA
Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar

Azərbaycan media nümayəndələrinin Özbəkistana təşkil olunan press-turu çərçivəsində avqustun 18-də Özbəkistan Respublikası Prezident Administrasiyasının yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent Hazırlama Mərkəzinə səfər təşkil olunub.

Səfərdə Azərbaycanın aparıcı media qurumlarının 20 nümayəndəsi iştirak edir.

Səfər zamanı azərbaycanlı jurnalistlər media, sosial şəbəkələr və rəqəmsal platformalar üçün kontent hazırlanması, media sahəsinin inkişafı, media nümayəndələrinin peşəkar ixtisasının artırılması və Özbəkistanın beynəlxalq imicinin təbliği istiqamətində həyata keçirilən dövlət layihələri və o cümlədən Mərkəzin fəaliyyəti ilə tanış olublar.

Press-tur iştirakçılarına Mərkəz tərəfindən həyata keçirilən layihə və təşəbbüslər barədə məlumat verilib. Xüsusilə Media Start, Debyut və Fikrlab layihələrinin, “Aura.uz” platformasının, habelə mobil jurnalistika, SMM və müasir rəqəmsal kommunikasiyalar üzrə təhsil proqramlarının təqdimatı keçirilib.

Mərkəzin aparıcı xarici tərəfdaşlarla birgə həyata keçirdiyi beynəlxalq layihələrə xüsusi diqqət yetirilib.

Səfər çərçivəsində Azərbaycan media nümayəndələrinin Özbəkistanın aparıcı media qurumlarının rəhbərləri ilə görüşü də keçirilib.

Kontent Hazırlama Mərkəzinin direktor müavini Cahangir Abduraxmonov Mərkəzin yaradılması və fəaliyyəti barədə məlumat verərək bildirib ki, bu dövlət qurumu 2025-ci ilin iyulunda Prezident Administrasiyasının mətbuat xidmətinin media mərkəzinin bazasında yaradılıb. Təşkilat Media ilə işləmək üçün materialların hazırlanması və əlaqələndirilməsi ilə məşğul olur.

Cahangir Abduraxmonov bildirib ki, 2027-ci il fevralın 4-5-də Daşkənddə “Uzexpocentre” Milli Sərgi Şirkətində 50-dən çox ölkədən kino, televiziya, animasiya və rəqəmsal media nümayəndələrini bir araya gətirəcək ilk böyük beynəlxalq kontent bazarı – “Tashkent Content Market 2027” keçiriləcək.

Görüşdə iki ölkənin media orqanları arasında əməkdaşlığın genişləndirilməsi, birgə media layihələrinin həyata keçirilməsi, peşəkar təcrübə mübadiləsi, habelə birgə informasiya kontentinin hazırlanması perspektivləri müzakirə olunub. Daha sonra C.Abduraxmonov Azərbaycan nümayəndələrini “Tashkent Content Market 2027”də iştirak etməyə dəvət edib.

Azərbaycan media nümayəndələrinin Özbəkistana press-turu davam edir. Səfər çərçivəsində jurnalistlər ölkənin sosial-iqtisadi və mədəni inkişafının müxtəlif istiqamətləri ilə tanış olacaqlar.




Baxış sayı: 105
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30