Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Fact-info.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, habelə regional və qlobal proseslər müzakirə olunub.
Prezident Ərdoğan İranla ABŞ arasındakı gərginlikdə diplomatiyadan maksimum dərəcədə istifadə etməyin vacibliyini, danışıqların davam edəcəyinə ümidvar olduğunu söyləyib.
Türkiyə dövlətinin başçısı rəsmi Ankaranın sülh səylərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Prezident Ərdoğan, həmçinin Türkiyənin Pakistan və Səudiyyə Ərəbistanı ilə imzaladığı Birgə Müdafiə Sazişinin regional sabitlik və təhlükəsizliyin təmin edilməsi baxımından “güclü mövqe” nümayiş etdirdiyini bildirib.
Yaxın Şərqdə cərəyan edən proseslərə diqqət çəkən Rəcəb Tayyib Ərdoğan Türkiyənin bölgədə davamlı sülhü və Qəzza zolağının yenidən qurulması istiqamətində atılan addımları dəstəkləməyə davam edəcəyini deyib.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
