FACT-INFO.AZ » CƏMİYYƏT » Tarixin yaddaşına işıq salan alim — Qafar Cəbiyev
17-08-2026, 09:30 | CƏMİYYƏT
Tarixin yaddaşına işıq salan alim — Qafar Cəbiyev
17 avqust — görkəmli arxeoloq, tarixçi alim, Azərbaycanın qədim və orta əsrlər tarixinin tədqiqində mühüm xidmətləri olan Qafar Cəbiyevin doğum günüdür.
Tarix yalnız yazılı mənbələrdə yaşamır. Bəzən torpağın altındakı bir daş, saxsı parçası, qədim tikilinin izi və ya əsrlər boyu gizli qalmış bir xəzinə xalqın keçmişi haqqında cild-cild kitabdan daha çox söz deyə bilir. Həmin səssiz izləri danışdırmaq isə arxeoloqun böyük zəhməti, elmi biliyi və tədqiqatçı inadkarlığı hesabına mümkün olur.
Qafar Cəbiyev ömrünü Azərbaycanın zəngin tarixinin, arxeoloji irsinin və maddi-mədəniyyət nümunələrinin öyrənilməsinə həsr etmiş alimlərdəndir. Onun elmi fəaliyyətində müxtəlif bölgələrin tarixi abidələrinin araşdırılması ilə yanaşı, Kürdəmir torpağının qədim keçmişinin öyrənilməsi də xüsusi yer tutur.
Kürdəmir sakinləri üçün Qafar Cəbiyevin adı ilk növbədə Ərəbqubalı kəndi ərazisində yerləşən “Şəhərgah” qədim şəhər yerinin arxeoloji tədqiqi ilə xüsusi əhəmiyyət daşıyır. Torpağın altında əsrlər boyu öz sirrini qoruyan bu qədim yaşayış məskəninin öyrənilməsi Kürdəmirin tarixinin nə qədər dərin və zəngin olduğunu bir daha ortaya qoydu. “Şəhərgah”ın qalıqlarının üzə çıxarılması təkcə arxeoloji baxımdan deyil, bölgənin tarixi coğrafiyasının və qədim yaşayış mədəniyyətinin öyrənilməsi baxımından da mühüm hadisədir.
Bu baxımdan Qafar Cəbiyevin xidmətləri Kürdəmir üçün xüsusi qiymət daşıyır. Çünki hər bir arxeoloji qazıntı yalnız torpaqdan maddi nümunələrin çıxarılması demək deyil. Bu, həm də xalqın yaddaşının bərpasıdır. “Şəhərgah”da aparılan tədqiqatlar Kürdəmirin qədim tarixinin öyrənilməsinə yeni səhifələr açan mühüm elmi işlər sırasında dayanır.
Alimin Kürdəmirin Muradxan kəndində aşkar edilmiş məşhur Muradxan dəfinəsinin tədqiqindəki rolu da xüsusi qeyd olunmalıdır. Torpağın bağrından çıxan bu qiymətli arxeoloji tapıntı bölgənin qədim dövrlərdəki iqtisadi və mədəni əlaqələri, pul dövriyyəsi və tarixi prosesləri haqqında mühüm məlumatlar verir. Muradxan dəfinəsinin elmi baxımdan araşdırılması həmin xəzinənin sadəcə qiymətli metal nümunələri toplusu deyil, bütöv bir tarixi dövrün canlı şahidi olduğunu göstərir.
Kürdəmirli olaraq bizim üçün qürurvericidir ki, bu torpağın tarixinin öyrənilməsində Qafar Cəbiyev kimi tanınmış bir alimin zəhməti var. Ərəbqubalının “Şəhərgah”ı, Muradxanın dəfinəsi və ümumilikdə Kürdəmir ərazisində qorunub saxlanılan arxeoloji irs bir daha göstərir ki, bu bölgənin keçmişi hələ açılmamış çoxlu səhifələrlə zəngindir.
Qafar Cəbiyevin elmi fəaliyyəti bizə bir həqiqəti xatırladır: tarixə sahib çıxmaq keçmişə baxmaq deyil, gələcək nəsillərə öz kimliyini tanımaq imkanı yaratmaqdır. Arxeoloqun qazdığı hər bir qat, üzə çıxardığı hər bir maddi nümunə və elmi dövriyyəyə gətirdiyi hər bir fakt Azərbaycanın qədim tarixinin bütöv mənzərəsinin tamamlanmasına xidmət edir.
Bu gün Qafar Cəbiyevin doğum gününü qeyd edərkən onun Azərbaycan elminə verdiyi töhfələrlə yanaşı, Kürdəmirin tarixi irsinin araşdırılmasında göstərdiyi xidmətləri də xüsusi ehtiramla xatırlamaq yerinə düşür.
Hörmətli Qafar müəllim!
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, yeni elmi uğurlar arzulayırıq. Arzu edirik ki, illər boyu apardığınız araşdırmalarla üzə çıxardığınız tarixi həqiqətlər gələcək nəsillərin yaddaşında yaşasın.
Kürdəmir torpağının tarixinin öyrənilməsinə verdiyiniz töhfələr bu bölgənin insanları üçün həmişə dəyərli olacaq.
Ad gününüz mübarək, Qafar müəllim!
Bir alimin ömrü bəzən bir xalqın keçmişinə açılan yol olur. Qafar Cəbiyevin elmi yolu da Azərbaycan tarixinin yaddaşına salınmış belə işıqlı izlərdəndir.
Tədqiqatçı Nuralı İsmayılov
Baxış sayı: 170
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
Bu gün, 19:30
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib
Bu gün, 18:00
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Bu gün, 18:00
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Bu gün, 14:30
Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır
Bu gün, 14:00
Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir
Bu gün, 12:30
Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub
Bu gün, 12:30
Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
Bu gün, 12:00
Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb
Bu gün, 12:00
Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub
Bu gün, 09:30
“Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub
Dünən, 18:30
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
Dünən, 18:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb
Dünən, 17:00
В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа»
Dünən, 16:30
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Dünən, 16:30
Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb
Dünən, 13:00
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib
Dünən, 11:00
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Dünən, 10:30
Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib
Dünən, 10:30
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Dünən, 10:00
Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir
4-11-2026, 20:30
Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub
4-11-2026, 20:00
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
4-11-2026, 16:30
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
4-11-2026, 16:00
Ürək sağlamlığı diqqət mərkəzində
4-11-2026, 15:00
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi”
4-11-2026, 14:30
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub
4-11-2026, 09:30
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib
4-11-2026, 09:30
ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb
4-11-2026, 09:30
Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu
4-11-2026, 09:00
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
