FACT-INFO.AZ » XƏBƏR » Səfir: Azərbaycan ABŞ-dan minatəmizləmə texnologiyaları sahəsində dəstək gözləyir
12-08-2026, 15:00 | XƏBƏR
Səfir: Azərbaycan ABŞ-dan minatəmizləmə texnologiyaları sahəsində dəstək gözləyir

Azərbaycan minatəmizləmə texnologiyaları və üsullarının axtarışını davam etdirir və bu sahədə ABŞ-ın dəstəyinə ümid edir.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim “Axios”a müsahibəsində bildirib.

Səfir Azərbaycanın mina probleminin miqyasının böyük olduğunu vurğulayıb.

“Adambaşına düşən göstəriciyə baxsaq, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir”, - diplomat qeyd edib.

Bakı ABŞ-la mina təmizlənməsində əməkdaşlığa ümid edir

Xəzər İbrahim dünyanın mina təmizlənməsi sahəsində əldə etdiyi texnoloji imkanların Azərbaycana da kömək edə biləcəyini bildirib: “Dünyada çox sayda texnoloji yenilik var ki, bunlar kömək edə bilər. Ümid edirik ki, bu məsələ üzrə ABŞ-la da əməkdaşlıq edə biləcəyik”.

Səfirin sözlərinə görə, mina təmizlənməsi bahalı, vaxt aparan və təhlükəli prosesdir. Bu səbəbdən müasir texnologiyaların tətbiqi Azərbaycanın mina probleminin daha sürətli və təhlükəsiz şəkildə həllinə mühüm töhfə verə bilər.

Xəritələşdirmə əsas məsələlərdən biridir

Xəzər İbrahim minalanmış ərazilərin düzgün müəyyənləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

ABŞ-Azərbaycan əməkdaşlığı genişlənir

Xəzər İbrahim ABŞ administrasiyası ilə əməkdaşlığın praktiki xarakter daşıdığını vurğulayıb: “Hazırkı ABŞ administrasiyasının yaxşı cəhəti ondan ibarətdir ki, nə barədə razılığa gəlirsinizsə, dərhal onun üzərində işləməyə başlayırsınız”.

“Axios” yazır ki, Sovet İttifaqının dağılması və Azərbaycanla Ermənistan arasında uzun illər davam edən münaqişə regionda böyük həcmdə partlamamış hərbi sursatların qalmasına səbəb olub. Bu sursatlar insanların yaralanması və ya həlak olması ilə yanaşı, sənaye və iqtisadi fəaliyyət üçün də ciddi maneə yaradır. Nəşr qeyd edir ki, Marshall Legacy Institute 2005-ci ildən etibarən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 90-dan çox mina aşkarlayan it bağışlayıb. Agentlik və beynəlxalq tərəfdaşlar Azərbaycanın azad edilmiş ərazilərində mina və partlamamış hərbi sursatların təmizlənməsi istiqamətində fəaliyyət göstərirlər. Məlumata görə, Azərbaycan ABŞ-la sülh razılaşmasından sonra süni intellektdən enerjiyə qədər müxtəlif sahələrdə daha sıx əməkdaşlıq əlaqələri qurmağa çalışır.




Baxış sayı: 110
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30