FACT-INFO.AZ » AKTUAL » II Qareginin məhkəməsi qaranlıq həqiqətlərə işıq salacaqmı?
12-08-2026, 12:30 | AKTUAL
II Qareginin məhkəməsi qaranlıq həqiqətlərə işıq salacaqmı?
Ermənistanda bütün ermənilərin katolikosu II Qaregin və altı yepiskopa qarşı iş üzrə məhkəmə prosesi ötən həftədən başlayıb. Ermənistan mediasının məlumatına görə, məhkəmə iclası qapalı keçirilir. Məlum məsələdir ki, kilsə ermənilər üçün dini məbədgah deyil, daha çox qara siyasətlərinin, terror planlarının hazırlandığı məkan olub.
Müqəddəs kitablarda qeyd olunduğu kimi, bütün dinlər sabitliyə, əmin-amanlığa, insanlar arasında zorakılığın aradan qaldırılmasına səslədiyi halda, erməni kilsəsi ötən dövr ərzində cəmiyyəti zorakılığa sürükləyib. Hər zaman erməni kilsəsinin dini pərdə adı altında terrorla məşğul olması faktı ilə bağlı yetərincə sübutlar mövcuddur. Qriqoryan kilsəsinin qəbul etdiyi qərarları erməni diasporu hər zaman böyük həvəslə icra edib. Görünən odur ki, erməni kilsəsinin dindarları cəmiyyəti sülhə, barışa deyil, qarşıdurmaya aparırlar. Erməni Qriqoryan kilsəsi həmişə Türk dünyasına qarşı böyük nifrət, qəzəb püskürüb.
Nəhayət ki, ya zəlzələdən, ya vəlvələdən Ermənistanın indiki baş naziri N.Paşinyan öz hakimiyyətinin təhlükəsizliyi naminə bu, acı reallığı dərk edib kilsəni dövlət siyasətindən uzaqlaşdırır. Görünən odur ki, II Qaregin və altı yepiskopa qarşı iş üzrə məhkəmə prosesi bu təmizləmə siyasətinin tərkib hissəsidir.
Ötən il Nikol Paşinyan sosial şəbəkə hesabında II Qaregin öz könüllü subaylıq əhdini pozub və onun uşağı var iddiaları ilə çıxış etməsi ciddi qarşıdırmaların başlanğıcından xəbər verirdi. O baxımdan belə məhkəmələrin baş verməsi gözlənilən idi. Bütün hallarda hay məmləkəti başçısının II Qaregindən və ümumilikdə kilsənin qara siyasətindən qurtulmaq xətti tutduğunu görürük.
Diqqətdə saxlayıb görək ki, II Qareginin məhkəməsi qaranlıq həqiqətlərə, ağır cinayətlərə işıq salacaqmı?
Əkrəm Bəydəmirli



Baxış sayı: 240
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30