FACT-INFO.AZ » CƏMİYYƏT » Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb
11-08-2026, 15:30 | CƏMİYYƏT
Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb

Finlandiyanın Aalto Universitetinin alimləri beynəlxalq tərəfdaşlarla birlikdə insanların oxu prosesini indiyədək ən dəqiq şəkildə izah edən süni intellekt modeli hazırlayıblar.

Nature Human Behaviour” jurnalında dərc olunan araşdırmaya əsasən, yeni model insanın mətn oxuyarkən gözlərini necə hərəkət etdirdiyini deyil, həm də oxuduqlarından mənanı necə formalaşdırdığını izah edə bilir.

Tədqiqatçılar modelin hazırlanmasında robototexnikada geniş istifadə olunan möhkəmləndirici öyrənmə metodundan yararlanıblar. Model oxucunun mətn boyunca irəliləyərkən diqqətini hara yönəltməli olduğuna dair qərarları təhlil edir və müxtəlif oxucu xüsusiyyətlərini nəzərə alır.

Əvvəlki süni intellekt modelləri əsasən mətn parçaları ilə göz izləmə məlumatları arasındakı əlaqələri öyrənərək insan davranışını təqlid edirdi. Lakin həmin modellər mətnin məzmununu tam başa düşməkdə və müxtəlif dillər və vəziyyətlərə uyğunlaşmaqda çətinlik çəkirdi.

Yeni model isə oxu prosesinin psixoloji mexanizmlərini nəzərə alır. Burada oxucunun dili, yaddaş qabiliyyəti, görmə xüsusiyyətləri və göz hərəkətlərinin sürəti kimi amillər mühüm rol oynayır.

Məsələn, sürətli oxuyan və yaddaşı güclü olan şəxs mətndə daha sürətlə irəliləyə bilər. Yaddaş qabiliyyəti nisbətən zəif olan oxucu isə əvvəlki cümlə və ya abzaslara daha tez-tez qayıda bilər.

Tədqiqatçılar modeli milyonlarla mətnin olduğu mühitdə öyrədərək onun diqqəti ən səmərəli şəkildə yönəltməsinə nail olublar. Model oxuduğu mətnin yığcam məzmununu formalaşdırır və vacib məlumat çatışmadıqda həmin hissəyə yenidən qayıda bilir.

Alimlər daha sonra modelin qərarlarını real insanların göz izləmə məlumatları ilə müqayisə ediblər. Nəticələr göstərib ki, modelin diqqətin bölüşdürülməsi ilə bağlı davranışı insanların oxu zamanı nümayiş etdirdiyi davranışla böyük ölçüdə üst-üstə düşür. Tədqiqatçıların fikrincə, yeni model gələcəkdə mətnlərin konkret oxuculara uyğunlaşdırılmasına və daha ağıllı artırılmış reallıq sistemlərinin yaradılmasına imkan verə bilər.

Məsələn, ağıllı eynəklər vasitəsilə ekranda göstərilən mətnin sürəti və yerləşdirilməsi istifadəçinin ehtiyaclarına və konkret vəziyyətə uyğunlaşdırıla bilər. Həmçinin mürəkkəb hüquqi və ya texniki mətnlərin müxtəlif oxucular üçün daha anlaşıqlı versiyaları avtomatik hazırlana bilər.

Aalto Universitetinin professoru Antti Oulasvirta bildirib ki, hazırda mətnlər əsasən kütləvi istifadə üçün hazırlanır və fərdi oxucunun xüsusiyyətləri nəzərə alınmır. Yeni model isə bu yanaşmanı dəyişmək üçün imkan yaradır.

Tədqiqat qrupunun növbəti məqsədi modeldən disleksiya və dil biliyi aşağı olan şəxslərə kömək etmək üçün istifadə imkanlarını araşdırmaqdır.

Alimlər həmçinin texnologiyanın real vaxt rejimində, məsələn, sürücülərə diqqətlərini yayındırmadan zəruri məlumatları çatdırmaq üçün tətbiq edilə biləcəyini bildirirlər.

Araşdırmada Aalto Universiteti ilə yanaşı, Honq-Konq Elm və Texnologiya Universiteti, Honq-Konq Şəhər Universiteti və Sinqapur Milli Universitetinin alimləri də iştirak ediblər.




Baxış sayı: 125
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30