FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Xalq şairinin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb
11-08-2026, 15:00 | MƏDƏNİYYƏT
Xalq şairinin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi Qabilin anadan olmasının 100 illiyinə həsr edilən “Qabil yaradıcılığına bir baxış” adlı metodiki vəsait hazırlanıb.

Fact-info.az-a Kitabxanadan bildirilib ki, vəsait Xalq şairi Qabilin həyat və yaradıcılığının geniş oxucu kütləsinə, xüsusilə gənclərə daha ətraflı tanıdılması, şairin ədəbi irsinin öyrənilməsi və təbliği məqsədilə hazırlanıb.

Vəsait kitabxana əməkdaşları, müəllimlər, tələbələr, tədqiqatçılar və ədəbiyyatla maraqlanan oxucular üçün Qabil yaradıcılığı ilə bağlı tədbirlərin, sərgilərin, ədəbi-bədii gecələrin və digər maarifləndirici layihələrin hazırlanmasında faydalı mənbə kimi nəzərdə tutulub.

Metodiki vəsaitdə Qabilin həyat və yaradıcılıq yolu, Azərbaycan ədəbiyyatındakı mövqeyi, poetik irsi və yaradıcılığının əsas istiqamətləri haqqında məlumatlar təqdim olunub. Vəsaitdə Xalq yazıçısı Elçinin “Qabilin şəxsiyyəti və yaradıcılığı haqqında bir-iki söz”, akademik Rafael Hüseynovun “Əvəzsiz şairin əvəz etdiyi misra və dəyişməsi çətin olan həqiqətlər”, ədəbiyyatşünas Vaqif Yusiflinin “Unudulmaz Qabilimiz” məqalələrinin tam mətni əks olunub.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan vəsaitdə Qabilin əsərlərinin təbliği və oxuculara çatdırılması istiqamətində kitabxanalarda keçirilə biləcək tədbirlərə dair metodiki tövsiyələrə yer verilib. Ədəbi gecələr, kitab sərgiləri, müzakirələr və digər mədəni-maarif tədbirlərinin təşkili, elektron məlumat bazalarının hazırlanması istiqamətində təklif və tövsiyələt təqdim edilib.

Xalq şairi Qabilin 100 illik yubileyi münasibətilə hazırlanan metodiki vəsait kitabxananın rəsmi saytında yerləşdirilib.




Baxış sayı: 85
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031