FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanın xarici siyasəti müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur
10-08-2026, 16:00 | XƏBƏR
Azərbaycanın xarici siyasəti müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur

"Son bir il ərzində Azərbaycanın xarici siyasətində müşahidə olunan yeniliklər də, hələlik oturuşmayan dünya nuzamının ziddiyyətlərlə dolu çağırışlarına münasibətdə çevik təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasına xidmət edən keyfiyyət dəyişikliklərindən biridir. Daxili siyasi sabitlik, iqtisadi potensial, hərbi güc, regional təhlükəsizlik mühiti və qlobal geosiyasi proseslər dövlətlərin xarici siyasət prioritetlərinə birbaşa təsir göstərir. Bu baxımdan Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət yalnız diplomatik fəallığın artması ilə deyil, dövlətin beynəlxalq sistemdə funksional rolunun keyfiyyətcə dəyişməsi ilə xarakterizə olunur.  Azərbaycanın müasir xarici siyasətinin inkişafını dörd əsas mərhələ üzrə qiymətləndirmək mümkündür". 

Bi fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Birinci mərhələ dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli dövlət quruculuğu dövrünü əhatə edir. Müstəqilliyin ilk illərində ölkənin qarşısında duran əsas vəzifələr daxili sabitliyin təmin edilməsi, dövlət institutlarının formalaşdırılması və Azərbaycanın beynəlxalq hüququn tamhüquqlu subyekti kimi mövqeyinin möhkəmləndirilməsi idi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi balanslaşdırılmış xarici siyasət kursu məhz bu strateji hədəflərin həyata keçirilməsinə xidmət etdi. Müxtəlif siyasi mərkəzlərlə praqmatik münasibətlərin qurulması, "Əsrin müqaviləsi"nin imzalanması və enerji diplomatiyasının əsasının qoyulması Azərbaycanın beynəlxalq nüfuzunun formalaşmasında həlledici rol oynadı.

İkinci mərhələ Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi, hərbi və diplomatik potensialının ardıcıl şəkildə gücləndirilməsi dövrüdür. Bu mərhələdə həyata keçirilən enerji və nəqliyyat layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər strateji təşəbbüslər Azərbaycanın geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırdı. Paralel olaraq müasir Silahlı Qüvvələrin formalaşdırılması dövlətin milli təhlükəsizlik imkanlarını keyfiyyətcə yeni səviyyəyə yüksəltdi və xarici siyasətin dayaq sütunlarını daha da möhkəmləndirdi.

Üçüncü mərhələ 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazisində konstitusiya quruluşunun tam bərpası ilə başlanır. Bununla Azərbaycan uzun illər qarşısında duran əsas strateji məqsədə - dövlət suverenliyinin tam təmin edilməsinə nail oldu. Yeni siyasi reallıq xarici siyasətin məqsəd və prioritetlərini də dəyişdirdi. Artıq əsas vəzifə yalnız milli maraqların müdafiəsi deyil, formalaşmış yeni geosiyasi reallığın regional əməkdaşlıq modelinə çevrilməsi idi.

Hazırda müşahidə olunan dördüncü mərhələ Azərbaycanın xarici siyasətinin keyfiyyətcə yeni inkişaf mərhələsini ifadə edir. Bu mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan mövcud geosiyasi proseslərə uyğunlaşan dövlət kimi deyil, onların istiqamətinə təsir göstərən, yeni əməkdaşlıq platformaları təşəbbüs edən və regional gündəliyin formalaşmasına töhfə verən aktor kimi çıxış edir. Xarici siyasətin əsas məzmunu müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur".




Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30