FACT-INFO.AZ » SİYASƏT » ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
10-08-2026, 09:30 | SİYASƏT
ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Bir il əvvəl Prezident Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı birlikdə qəbul etmək və tarixi Birgə Bəyannamənin imzalanmasının şahidi olmaqla Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi.

Bu barədə ABŞ Dövlət katibi Marko Rubionun 8 avqust görüşünün ildönümü ilə bağlı bəyanatında deyilir. O, bildirib ki, bu bəyannamə Cənubi Qafqazda onilliklərlə davam edən münaqişəyə son qoyub, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) açıb.

“Son 12 ay ərzində ABŞ bu vədi irəliləyişlərə çevirmək üçün Ermənistan və Azərbaycanla çiyin-çiyinə çalışıb. Dəmir yollarını, yolları, enerji və rəqəmsal infrastrukturu modernləşdirəcək multimodal tranzit marşrutu olan TRIPP Ermənistanda dəmir yolu üçün mühəndislik tədqiqatlarının artıq başlaması və Azərbaycanla Ermənistanı birləşdirəcək avtomobil və dəmir yolunun tikintisinin demək olar ki, başa çatması ilə reallığa çevrilmək yolundadır. Sülh ABŞ, Ermənistan və Azərbaycan arasında iqtisadi rifaha töhfə verəcək əlaqələrin gücləndirilməsinə qapı açdı. Bu gün məmnuniyyətlə elan edirəm ki, Trans-Xəzər Sahibkarlıq Fondu yeni seçilmiş direktorlar şurasının rəhbərliyi altında fəaliyyət göstərir, Cənubi Qafqaz və Orta Asiyada Trans-Xəzər Ticarət Marşrutu (Orta Dəhliz) boyunca özəl sektora investisiyaları təşviq etmək üçün ABŞ hökumətinin 201 milyon dollarlıq maliyyəsi ilə kapitallaşdırılıb”, - deyə Rubio əlavə edib.

O, bildirib ki, bu irəliləyiş sadə bir həqiqəti əks etdirir: sülh və rifah bir-birini gücləndirir.

“TRIPP sadəcə infrastruktur layihəsi deyil, o, Trans-Xəzər Ticarət Marşrutunda həyati bir halqa, ABŞ və digərləri üçün kommersiya imkanlarının hərəkətverici qüvvəsi və uzunmüddətli mübahisələrin həllindən sonra iqtisadi əməkdaşlığın sülhü necə möhkəmləndirə biləcəyi üçün bir modeldir. Amerika Birləşmiş Ştatları bu təməl üzərində qurularkən Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir. Hər iki ölkəni son bir ildə göstərdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik və Cənubi Qafqazda davamlı sülhə doğru davamlı irəliləyiş gözləyirik”, - deyə Rubio vurğulayıb.




Baxış sayı: 95
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30