İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın tərksilah olunmayana qədər heç bir hərbi geri çəkilmənin baş verməyəcəyini bildirərək, ABŞ Prezidenti Donald Trampın Qəzza üçün hazırladığı 15 bəndlik planını rədd edib.
Fact-info.az xarici mediaya istinadən xəbər verir ki, Trampın Sülh Şurası ötən ay HƏMAS və Qəzzadakı digər silahlı qruplaşmaların tamamilə tərksilah edilməsi barədə razılıq əldə olunduğunu açıqlamışdı. Lakin HƏMAS ağır silahlarını təhvil verməyin İsrailin öz hərbçilərini Qəzzadan çıxarmasından asılı olduğunu bildirmişdi.
İsrail keçən ilin oktyabrında ilkin atəşkəsə razılıq verməsinə baxmayaraq, Qəzza ərazisinə zərbələr endirməyə davam edib. Netanyahu bazar günü keçirilən Nazirlər Kabinetinin iclasında "İsrail bu 15 bəndlik sənədi rədd edir" deyib. HƏMAS rəsmisi isə qruplaşmanın razılaşmaya sadiqliyini bir daha təsdiqlədiyini və 15 bəndlik planın icrasında ciddi və məsuliyyətli şəkildə iştirak etməyə hazır olduğunu bildirib. Onlar vasitəçiləri bütün tərəflərin razılaşdırılmış şərtlərə əməl etməsini təmin etməyə çağırıblar.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
