“Azərbaycan Mədəniyyəti-2040” Azərbaycan Respublikası Mədəniyyət Konsepsiyasına uyğun olaraq, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-dən 27-dək Bakı Ekspo Mərkəzində 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
Fact-info.az xəbər verir ki, sərgi ənənəvi olaraq hər il zəngin proqramı və geniş əməkdaşlıq imkanları ilə çox sayda yerli və beynəlxalq nəşriyyat və poliqrafiya müəssisələrini, kitab mağazaları və sahəvi yaradıcılıq təşkilatlarını bir araya gətirir.
Dünyaca tanınmış yazarlar və tədqiqatçı-alimlərin iştirakı ilə fərqli formatda təqdimatlar, müəlliflik hüququ sahibləri ilə çoxsaylı görüşlər və 7 gün ərzində ədəbi-bədii proqram sərgini hər kəs üçün ilin ən gözlənilən ədəbi-mədəni hadisəsinə çevirir.
Hazırda sərgiyə qeydiyyat davam edir. Sərgiyə iştirakçı qismində qatılmaq üçün bakubookfair@culture.az elektron ünvanına müraciət edə bilərsiniz.
Oxucular sərgiyə ziyarətçi qismində qatıla biləcəklər.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
