FACT-INFO.AZ » XƏBƏR » Rusiyada əcnəbilərin vətəndaşlıq alması və ölkədə yaşaması qaydaları sərtləşdirilib
4-08-2026, 21:00 | XƏBƏR
Rusiyada əcnəbilərin vətəndaşlıq alması və ölkədə yaşaması qaydaları sərtləşdirilib

Rusiya Prezidenti Vladimir Putin əcnəbi vətəndaşlara Rusiya vətəndaşlığının verilməsi, müvəqqəti və daimi yaşamaq icazəsinin rəsmiləşdirilməsi qaydalarını sərtləşdirən, həmçinin əcnəbilərin ölkədən inzibati qaydada çıxarılmasına əsas verən halların siyahısını genişləndirən qanunu imzalayıb. Fact-info.az xəbər verir ki, sənədə əsasən, hər hansı cinayətə görə üzərindən məhkumluğu götürülməmiş və ya məhkumluğu ödənilməmiş əcnəbilərə Rusiya vətəndaşlığının, müvəqqəti yaşamaq icazəsinin və daimi yaşayış icazəsinin verilməsindən imtina ediləcək. Əgər həmin sənədlər artıq verilibsə, sonradan müvafiq məhkumluq halı aşkar edildiyi zaman onlar ləğv olunacaq.

Qanuna əsasən, müraciət edilməzdən ən geci üç ay əvvəl yaşadığı ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş məhkumluğun olub-olmaması barədə sənədin təqdim edilməsi məcburi olacaq. Bir neçə vətəndaşlığı və ya yaşayış icazəsi olan şəxslər isə onların hər biri üzrə müvafiq sənədləri təqdim etməlidirlər.

Yeni tələblər 14 yaşdan kiçik əcnəbi vətəndaşlara, qaçqın statusu almış və ya Rusiyada siyasi sığınacaq əldə etmiş şəxslərə, həmçinin Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında hərbi xidmət keçən və ya keçmiş əcnəbilərə şamil edilmir.

Bundan başqa, dövlət başçısı əcnəbi vətəndaşların Rusiyadan inzibati qaydada çıxarılmasına səbəb olan inzibati xətaların siyahısını genişləndirən qanunu da imzalayıb. Bununla əlaqədar Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində müvafiq maddələrin sayı 22-dən 45-ə çatdırılıb.

Yeni qaydalara əsasən, xüsusilə icazəsiz mitinqlərdə iştirak, Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınmasına yönəlmiş hərəkətlər, Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırışlar, ölkənin ərazi bütövlüyünün pozulmasına açıq çağırışlar, xırda xuliqanlıq, ayrı-seçkilik, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dövlət sərhədində xidmət aparan hərbi qulluqçuların qanuni tələblərinə tabe olmamaq, eləcə də ekstremist fəaliyyətlə bağlı bir sıra inzibati xətalara görə əcnəbi vətəndaşların inzibati qaydada ölkədən çıxarılması nəzərdə tutulur.

Qanunda, həmçinin miqrasiya qanunvericiliyinin ayrı-ayrı tələblərinin pozulmasına görə cərimələrin artırılması nəzərdə tutulur. Bu pozuntulara əcnəbi vətəndaşların qanunsuz əmək fəaliyyəti ilə məşğul olması, onların qanunsuz şəkildə işə cəlb edilməsi, habelə ölkəyə giriş, ölkədə qalma və dövlət sərhədini keçmə qaydalarının pozulması daxildir.




Baxış sayı: 125
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30