Avqustun 4-də Türkiyədən olan bir qrup media nümayəndəsi Qarabağa səfər çərçivəsində Xankəndi şəhərində olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlar şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, inşa olunan yaşayış və sosial infrastruktur obyektləri ilə yaxından tanış olublar. Qeyd edilib ki, bu səfər Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, “Böyük Qayıdış” proqramı çərçivəsində görülən tədbirləri və bölgədə formalaşan yeni reallıqları, yerində media nümayəndələrinə nümayiş etdirməkdir.
Baxış sayı: 155
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
