FACT-INFO.AZ » QHT » Tarixçi alimin 70 illik yubileyi
4-08-2026, 18:30 | QHT
Tarixçi alimin 70 illik yubileyi
Avqustun 5-də Azərbaycan elminin və ali təhsilinin tanınmış nümayəndələrindən biri, tarix elmləri namizədi, dosent Məmmədağa Ələkbər oğlu Baxışovun anadan olmasının 70 ili tamam olur.
 Məmmədağa Baxışov 1956-cı il avqustun 5-də Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olmuşdur. Orta təhsilini Kürdəmir şəhər 1 nömrəli orta məktəbdə başa vurduqdan sonra 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
 Əmək fəaliyyətinə tarix müəllimi kimi başlayan Məmmədağa Baxışov 1979–1983-cü illərdə Kürdəmir rayonunun Qarasaqqal və Köhnəbazar kənd orta məktəblərində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. 1983-cü ildən Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında fəaliyyət göstərir. Uzun illərdir ki, dosent kimi universitetdə yüzlərlə tələbənin yetişməsində mühüm rol oynayır.
 Elmi fəaliyyətə böyük maraq göstərən alim 1992-ci ildə "Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələri (1970–80-ci illər)" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun elmi araşdırmaları əsasən beynəlxalq münasibətlər, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, eləcə də Avropa İttifaqının beynəlxalq münasibətlər sistemində yeri kimi aktual istiqamətləri əhatə edir.
 Məmmədağa Baxışov beynəlxalq münasibətlər və dünya tarixi sahəsində respublikanın tanınmış mütəxəssislərindəndir. O, çoxsaylı monoqrafiyaların, dərsliklərin, dərs vəsaitlərinin, metodik göstərişlərin və elmi məqalələrin müəllifidir. Onun nəşr olunmuş elmi əsərləri uzun illərdir ali məktəblərdə müəllim və tələbələrin etibarlı müraciət etdiyi mənbələr sırasında yer alır.
 Alim yalnız elmi fəaliyyəti ilə deyil, həm də yüksək insani keyfiyyətləri, sadəliyi, xeyirxahlığı və tələbələrə qayğıkeş münasibəti ilə seçilir. Uzun illər Bakı Dövlət Universitetinin ictimai həyatında fəal iştirak etmiş, həmkarlarının və tələbələrinin dərin hörmətini qazanmışdır. Xüsusilə rayonlardan gələn tələbələrə göstərdiyi diqqət və dəstək onun nəcib xarakterinin parlaq ifadəsidir.
 70 illik mənalı ömür yolu, məhsuldar elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan təhsilinə və tarix elminə sanballı töhfələr vermiş dosent Məmmədağa Baxışovu yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yeni elmi nailiyyətlər və uğurlar arzulayırıq.
 Nuralı İsmayılov 



Baxış sayı: 210
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30