FACT-INFO.AZ » QHT » Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb
28-07-2026, 16:30 | QHT
Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb

Azərbaycan Milli QHT Forumu (AMQF) Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramında (UNEP) və onun idarəedici orqanlarında rəsmi müşahidəçi statusu ilə akkreditasiyadan keçib.

AMQF-dən Fact-info.az-a bildirilib ki, UNEP-in İdarəetmə Məsələləri Ofisinin Direktoru və İdarəedici Orqanların Katibi Radhika Ochalik tərəfindən imzalanmış 27 iyul 2026-cı il tarixli rəsmi məktuba əsasən, Azərbaycan Milli QHT Forumunun təqdim etdiyi müraciət və müvafiq sənədlər hərtərəfli qiymətləndirildikdən sonra təşkilata UNEP sistemində müşahidəçi statusu verilib. Bu status AMQF-yə BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) və onun yardımçı orqanlarının bütün açıq iclas və sessiyalarında müşahidəçi qismində iştirak etmək hüququ qazandırır.

AMQF İdarə Heyətinin sədri Ramil İskəndərlinin fikrincə, bu mühüm qərar Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq müstəvidə nüfuzunun artmasının və ölkənin qeyri-hökumət təşkilatlarının qlobal qərarqəbuletmə proseslərində iştirak imkanlarının daha da genişlənməsinin növbəti təsdiqidir.

Əldə olunmuş akkreditasiya AMQF-yə qlobal ekoloji gündəliyin formalaşdırılması proseslərini yaxından izləməyə, ətraf mühit, iqlim dəyişikliyi, dayanıqlı inkişaf, biomüxtəlifliyin qorunması və digər aktual məsələlər üzrə beynəlxalq müzakirələrdə iştirak etməyə, Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyini beynəlxalq platformalarda təqdim etməyə imkan verəcək.

UNEP-in məktubunda həmçinin qeyd edilir ki, akkreditə olunmuş təşkilatlar hər dörd ildən bir fəaliyyətləri barədə UNEP Katibliyinə hesabat verməli və təşkilatın fəaliyyətində UNEP-in prosedur qaydalarına riayət etməlidirlər.

Azərbaycan Milli QHT Forumu bu akkreditasiyanı ölkəmizin vətəndaş cəmiyyətinin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi istiqamətində mühüm nailiyyət kimi qiymətləndirir və UNEP çərçivəsində fəaliyyətini ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf məqsədlərinin təşviqi və beynəlxalq tərəfdaşlığın gücləndirilməsi istiqamətində davam etdirəcəyini bildirir.




Baxış sayı: 80
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30