Ombudsmanın nümayəndələri Suriyadan repatriasiyası həyata keçirilmiş Azərbaycan vətəndaşları ilə görüşüblər.
Bu barədə Fact-info.az-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul tarixlərində Suriyadan 7-si qadın və 9-u uşaq olmaqla, ümumilikdə 16 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib.
Görüşdə repatriantlarla söhbət aparılıb, onların hüquqlarının təmini vəziyyəti və ehtiyacları öyrənilib, qadın və uşaqlar hüquq və azadlıqlarının müdafiəsi, eləcə də Ombudsmanın mandatı barədə ətraflı məlumatlandırılıb.
Bununla yanaşı, müəssisə rəhbəri tərəfindən təsisatın əməkdaşlarına repatriantların reabilitasiyası üzrə göstərilən xidmətlər barədə məlumat verilib, görüşün nəticəsi üzrə müzakirələr aparılaraq müəssisə əməkdaşlarına tövsiyələr verilib.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
