FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabı
27-07-2026, 15:30 | TƏDQİQATLAR-ANALITIKA
“Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabı

Şuşada “Məxəz” Milli İrs Araşdırmaları İctimai Birliyinin ərsəyə gətirdiyi “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” adlı kitabın təqdimat mərasimi keçirilib. Nəşrdə görkəmli ədib Yusif Vəzir Çəmənzəminlinin son dövrlərdə aşkar edilmiş 100-ə yaxın məqaləsi, felyetonu və tərcümələri yer alıb.

Tədbir iştirakçıları əvvəlcə Yusif Vəzir Çəmənzəminlinin Şuşadakı evinin qalıqlarını ziyarət ediblər.

Açıq səma altında təşkil olunan mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Kitabın tərtibçisi, “Məxəz” Milli İrs Araşdırmaları İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Ana Hümmətli çıxışında bildirib ki, nəşrdə Çəmənzəminliyə dair müxtəlif məxəzlərdən son vaxtlar aşkar edilmiş bir sıra materiallar ilk dəfə təqdim olunur.

Tədbirin Şuşada keçirilməsinin rəmzi mənasına toxunan Ş.A.Hümmətli deyin: “Şuşada doğulan, bütün həyatını Azərbaycanın və bütövlükdə Türk dünyasının səadətinə həsr edən, XX əsrin amansız repressiya illərinin qurbanı olaraq Vətənindən uzaqda — sürgündə vəfat edən Yusif Vəzirin bu gün nakam ruhu şaddır”.

Kitabın rəyçisi, ədibin nəvəsi professor Leyla Vəzirova qeyd edib ki, Çəmənzəminlinin əsərləri 1966-cı ildən başlayaraq 3 cilddə nəşr edilsə də, bu nəşrlərdə onun külliyatının yalnız bir hissəsi yer alıb və bu materiallara sərt sovet senzurası tətbiq edilib. 2005-ci ildə həmin cildlər latın qrafikası ilə yenidən çap olunarkən nəşrin redaktoru və tərtibçilərindən olan professor Tofiq Hüseynoğlu əlyazmalar əsasında ixtisarları bərpa edib, bir çox təhrifləri aradan qaldırıb və yeni materiallar əlavə edib.

L.Vəzirova ailənin arzusunu da diqqətə çatdırıb: “Ailəmizin böyük arzusudur ki, Çəmənzəminlinin xarici ölkə arxivlərində, kitabxanalarında və şəxsi fondunda mühafizə edilən materiallar sistemli şəkildə toplanaraq çoxcildliklərdə yenidən nəşr olunsun. Bu kitabdakı qiymətli yeniliklər də həmin cildlərə daxil edilsin. Çəmənzəminlişünas alimlərin qənaətinə görə, ədibin irsi indiyədək çap olunmuş əsərlərindən daha genişdir — külliyatının hələ təxminən yarısı işıq üzü görüb”.

Professor Firudin Qurbansoy çıxışında Ş.A.Hümmətlinin araşdırmalarının Yusif Vəzirin “Qədim kitab”, “Məhərrəm” adlı 2 romanının, “1905-ci il” adlı uşaq pyesinin olduğunu, hətta onların çapı üçün “Azərnəşr”lə müqavilələr bağladığını üzə çıxardığını diqqətə çatdırıb. O, bu əsərlərin indiyədək tapılmadığını, həmçinin Çəmənzəminlinin “Təkrar-təkrar” məqaləsində bəhs etdiyi “Tərtər” romanının da aqibətinin məlum olmadığını vurğulayıb.

Tədbirdə digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bölüşüblər.

“Çapar” Milli İrsin Tədqiqi Mərkəzinin sədri Dilqəm Əhməd Çəmənzəminli yaradıcılığının əsas özəyini milli dövlət quruculuğu, millətin tərəqqisi və milli iradə məsələlərinin təşkil etdiyini qeyd edib.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal ədibin yaradıcılığında qızların təhsilə cəlb olunması və cəmiyyətdə maariflənmə ideyalarının aparıcı yer tutduğunu vurğulayıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Hüseynova Çəmənzəminlinin ana dilinin saflığı uğrunda fədakarlıqlarından söz açaraq, Ş.A.Hümmətlinin “Şuşa İli”ndə nəşr etdirdiyi “Şuşa torpağında doğulan dilçi alim Yusif Vəzir Çəmənzəminli” kitabının əhəmiyyətini xatırladıb.

Finlandiyada yaşayan soydaşımız, İstanbul Universitetinin Türkiyat Araşdırmaları İnstitutunun əməkdaşı Sevil Abbasova (İrəvanlı) ədibin mətbuat arxivlərinin yaradılmasına verdiyi önəmi vurğulayıb və Yusif Vəzirin “Millət addım atdıqca ayaqlarının izi mətbuatda qalır” kəlamını xatırladıb.

Çıxışlarda ümumi fikir kimi vurğulanıb ki, müasir güclü Azərbaycan dövləti Yusif Vəzirin əsərlərində arzuladığı və canlandırdığı dövlət obrazının canlı təcəssümüdür.

Təqdimat mərasimində Çəmənzəminlinin nəvəsi Yusif Vəzirov, nəticələri Camal Vəzir, Fərəc Vəzir və digər qonaqlar da iştirak ediblər.

Qeyd edək ki, “Millət fədaisi: Yusif Vəzir Çəmənzəminli irsinin izində” kitabı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə nəşr olunub. Nəşrin elmi redaktoru AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlidir. Kitabın üz qabığında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılan, rəssam Yusif Hüseynovun müəllifi olduğu Y.V.Çəmənzəminli portreti əks olunub.




Baxış sayı: 155
Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031