Birləşmiş Millətlər Təşkilatı (BMT) Hörmüz boğazında təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda körfəzdə qalmış təxminən 6 min dənizçinin təxliyəsinə çağırıb.
BMT-nin məlumatına görə, hazırda bölgədə təxminən 500 gəmidə olan 6 minə yaxın dənizçi təhlükəsizlik riskləri səbəbindən çıxılmaz vəziyyətdə qalıb.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) qeyd edib ki, iyulun 12–13-də hərbi əməliyyatların yenidən başlanmasından sonra dar su yolundan faktiki olaraq çox az sayda gəmi keçir.
Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominqes bildirib ki, Hörmüz boğazının yaxınlığında lövbər salmış təxminən 500 gəmidə qalan 6 min dənizçinin vəziyyəti ciddi narahatlıq doğurur. “Unutmamalıyıq ki, bunlar öz peşə vəzifələrini yerinə yetirən mülki şəxslərdir. Onlar döyüş əməliyyatlarında iştirak etmək üçün hazırlıq keçməyiblər və gəmilər raket və pilotsuz uçuş aparatlarının hücumlarından müdafiə olunmaq üçün nəzərdə tutulmayıb”, – deyə o vurğulayıb.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
