FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda
24-07-2026, 17:30 | MƏDƏNİYYƏT
“Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor, prodüser Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” sənədli filmi Sarayevo Film Festivalının müsabiqə proqramına seçilib.

Fact-info.az  Azərbaycan Kinematoqrafçılar İttifaqına istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin (ARKA) dəstəyi ilə ərsəyə gələn “Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli filmi Avropanın ən nüfuzlu kino tədbirlərindən biri olan Sarayevo Film Festivalının sənədli filmlər bölməsinin rəsmi proqramına seçilib və mükafat uğrunda mübarizə aparacaq.

Sarayevo Film Festivalı (SFF) Avropa və dünya kinosunun mühüm platformalarından biri hesab olunur. Festivalın sənədli filmlər bölməsi Amerika Kino Akademiyasının mükafatlarına (Oskar) birbaşa kvalifikasiya hüququ verir. Bu bölmədə qalib gələn tammetrajlı sənədli film növbəti mərhələdə “Oskar” mükafatının müvafiq kateqoriyası üzrə iddialılar siyahısına daxil olmaq imkanı əldə edir.

“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunan filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn, prodüseri isə Emil Nəcəfovdur. 2023-cü ildə ARKA tərəfindən keçirilmiş “Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi”nin qaliblərindən olan bu layihə, animasiya və arxiv materiallarının hibrid formasında işlənməsi ilə fərqlənir. Filmin animasiya hissəsi “Harmony of Chaos” studiyasında istehsal olunub.

Ekran əsəri 1990-cı ilin 20 Yanvar faciəsindən, həmin dövrdə Xəzər Dəniz Neft Donanmasının kapitanlarının, eləcə də tarixi hadisələri lentə alan jurnalist və operatorların fədakarlığından bəhs edir.

Qeyd edək ki, “Kapitan və Xəzər dənizi” layihəsi istehsal dövründə Krakov Film Festivalının market proqramında, həmçinin “Beldocs Pitching Forum” və “Balkan Watchers” platformalarında iştirak edib. Filmin ərsəyə gəlməsinə Azərbaycan Kinematoqrafçılar İttifaqı və İctimai Televiziya tərəfindən dəstək göstərilib.




Baxış sayı: 130
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031