FACT-INFO.AZ » SİYASƏT » ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər
24-07-2026, 17:30 | SİYASƏT
ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər

Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin 2026-cı il iyulun 22-də qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsi ilə əlaqədar kəskin etirazını bildirir və həmin sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud etinasızlığın bariz nümunəsi olan bu təşəbbüs Birləşmiş Ştatların Konqresindən erməni lobbisinin maraqları naminə Azərbaycan əleyhinə siyasi təzyiq aləti kimi istifadə etmək üçün göstərilən növbəti cəhddir.

Bu barədə Milli Məclisin ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qəbul etdiyi qanun layihəsinə dair açıqlamasında bildirilib.

Qeyd edilib ki, qanun layihəsinin müəllifi, sabiq konqresmen Robert Menendesin siyasi xəttinin davamçısı konqresmen Bred Şerman erməni lobbi qrupları ilə bağlı olan və ardıcıl surətdə onların siyasi gündəliyini həyata keçirməyə çalışan bir şəxs kimi tanınır. Aydın məsələdir ki, ABŞ Konqresinə növbəti seçkilər ərəfəsində irəli sürülən bu cür təşəbbüslər heç də Birləşmiş Ştatların milli maraqlarını təmin etmək niyyəti ilə bağlı deyil və nüfuzlu lobbi dairələrinin siyasi və maliyyə dəstəyini qazanmaq məqsədi güdür. Qəbul olunan qərarların obyektivliyini şübhə altına alan bu cür praktika Birləşmiş Ştatların hüquq mühafizə orqanları tərəfindən ciddi surətdə araşdırılmalı və lazımi hüquqi qiymətini almalıdır. Sözügedən təşəbbüsün erməni lobbisinin Azərbaycanı gözdən salmaq üçün çoxdan bəri həyata keçirdiyi kampaniya çərçivəsində irəli sürüldüyü aşkardır. Eynilə belə bir çirkin missiyanı Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampo yerinə yetirir. Onun Rusiyanın erməni mənşəli oliqarxı Samvel Karapetyan da daxil olmaqla, erməni şovinist dairələri ilə bağlı şəxslərin maliyyə yardımı ilə siyasi motivli rəylər hazırladığı beynəlxalq ictimaiyyətə məlumdur. Eyni siyasi xətt Avropanın bir sıra parlament qurumlarının, o cümlədən Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində də görünür. Bu qurumun ayrı-ayrı deputatları, xüsusən Frank Şvabe kimi şəxslər uzun müddətdən bəri Azərbaycan barəsində qeyri-obyektiv və qərəzli təşəbbüslərlə çıxış edirlər. Bütün bu hərəkətlər erməni lobbisinin müxtəlif beynəlxalq parlament platformalarında həyata keçirdiyi dəqiq əlaqələndirilmiş kampaniyanın tərkib hissələridir.

Bildirilib ki, narahatlıq doğuran hal budur ki, bu cür addımlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin ardıcıl surətdə irəli aparıldığı bir dövrdə atılır. Möhkəm və uzunmüddətli sülhün bərqərar edilməsinə yönələn beynəlxalq səylər, xüsusən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçilik təşəbbüsü və birbaşa dəstəyi iki dövlət arasında münasibətlərin nizama salınması üçün real imkanlar açıb. Belə bir şəraitdə ayrı-ayrı konqresmenlərin siyasi motivli birtərəfli qərarları qəbul etdirmək cəhdləri nəinki etimad mühitini pozur, həm də sülh prosesinə əngəl törədir. Bu cür hərəkətlər yalnız erməni lobbisinin radikal şovinist dairələrinin maraqlarına xidmət edir. Onilliklər ərzində bu dairələr Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olub və qarşıdurmanı qoruyub saxlamağa çalışıblar, indi isə regional gərginlikdən öz siyasi və maliyyə hədəflərinə nail olmaq üçün istifadə edirlər.

Diqqətə çatdırılıb ki, qanun layihəsində Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslər barəsində “hərbi əsirlər” və “siyasi məhbuslar” kimi terminlərin işlədilməsi xüsusilə hiddət doğurur. Bu şəxslər hərbi əsirlər və ya siyasi məhbuslar deyildir. Onlar Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq normaları ilə nəzərdə tutulan hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və digər cinayətlər törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb ediliblər. Onları siyasi təqibin qurbanları kimi qələmə vermək cəhdləri faktların bilərəkdən təhrif edilməsidir və müstəqil dövlət tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsinə birbaşa müdaxilədir.

Azərbaycan Respublikasının Milli Məclisi Amerika Birləşmiş Ştatlarının konqresmenlərini mütəşəkkil erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməyə, beynəlxalq hüquqa və Azərbaycan Respublikasının suverenliyinə hörmət göstərməyə, eləcə də Cənubi Qafqazda sülh prosesinin pozulmasında və qarşıdurmanın qalmasında marağı olan qüvvələrin əlində alətə çevrilməməyə çağırıb.

 




Baxış sayı: 100
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30