FACT-INFO.AZ » CƏMİYYƏT » Dövlətçiliyə, elmə və el-obaya həsr olunmuş ömür yolu
24-07-2026, 09:00 | CƏMİYYƏT
Dövlətçiliyə, elmə və el-obaya həsr olunmuş ömür yolu
Azərbaycan Respublikasının sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim, tanınmış ictimai xadim və dəyərli ziyalımız Əvəz Əkbər oğlu Ələkbərovu anadan olmasının ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirik!
Əvəz müəllim müstəqil Azərbaycan dövlətinin quruculuğunda, elmin inkişafında və cəmiyyətin mənəvi-ictimai həyatında dərin iz qoymuş bir şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin etimadı ilə Maliyyə Naziri və Dövlət Sosial Müdafiə Fondunun sədri kimi məsul vəzifələrdə çalışaraq ölkəmizin maliyyə-büdcə və sosial müdafiə sisteminin bünövrəsini qoymuşdur. İlk Vergi Məcəlləsi, Büdcə sistemi haqqında qanun və Sosial sığorta haqqında qanun kimi strateji sənədlərin hazırlanmasına rəhbərlik etmiş, beynəlxalq arenada (BMT, BVF, İslam İnkişaf Bankı və s.) Azərbaycanı ləyaqətlə təmsil edərək BMT-nin "Sülh səfiri" adına layiq görülmüşdür.
Onlarla elmi əsərin, fundamental monoqrafiyaların, dərsliklərin və çoxsaylı məqalələrin müəllifi olan Əvəz Ələkbərov bu gün də Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və audit kafedrasının müdiri və "Professorlar Klubu" Rəyasət Heyətinin sədri kimi gənc iqtisadçıların, alimlərin yetişməsinə böyük töhfələr verir. Təhsil sahəsindəki müstəsna xidmətləri Əməkdar müəllim fəxri adı və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə qiymətləndirilmişdir.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü və Çəmbərək Rayon İcmasının sədri kimi doğma dədə-baba torpaqlarımızın tarixi həqiqətlərinin yaşadılmasında, soydaşlarımızın həmrəyliyinin möhkəmlənməsində və milli-mənəvi dəyərlərimizin qorunmasında böyük fədakarlıq göstərir.
Öz dərin zəkası, yüksək mədəniyyəti, prinsipial mövqeyi və təvazökarlığı ilə hər zaman cəmiyyətdə böyük hörmət və nüfuz qazanmış, gənc nəsil üçün əsl həyat məktəbi olmuşdur.
Hörmətli Əvəz müəllim! Sizi ad gününüz münasibətilə bir daha təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, dövlətimiz, elmimiz və el-obamız naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq! Ömrünüzün yeni yaşı mübarək və düşərli olsun!
Professor Fərrux Rüstəmov



Baxış sayı: 255
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30