Gürcüstan digər ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir.
Bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapurda jurnalistlərə açıqlamasında bildirib.
O, diqqətə çatdırıb ki, Asiya də daxil olmaqla, bu istiqamətdə çox fəal iş aparılır: “Bir çox vacib səfərlərimiz və görüşlərimiz olub. Mərkəzi Asiya ölkələri ilə yanaşı, qonşularımız olan Azərbaycan, Ermənistan və Türkiyə ilə də sıx əlaqələrimiz var və bunu daha dərindən inkişaf etdirmək istəyirik”.
Baş nazirin sözlərinə görə, Gürcüstan strateji coğrafi mövqeyə malikdir və bu məkandan istifadə hər cəhətdən çox vacibdir. "Həmçinin bir çox ölkə ilə azad ticarətlə bağlı müqavilələrimiz var, bu, həmin dövlətləri Gürcüstanla iqtisadi əlaqələrin inkişafına cəlb etmək üçün çox yaxşı zəmin yaradır", - deyə o vurğulayıb.
Baxış sayı: 80
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
