FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub
23-07-2026, 16:30 | MƏDƏNİYYƏT
Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub

Bir neçə gün əvvəl Şuşada istifadəyə verilən "Kitab dayanacağı" – açıq hava kitabxanası şəhər sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.

Şuşanın tarixi və ədəbi mühitinin təbliği, şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsi məqsədilə yaradılan "Kitab dayanacağı" fasiləsiz fəaliyyət göstərir. Burada təqdim olunan kitablardan hər kəs sərbəst istifadə edə bilər. Rəqəmsal əlçatanlığın təmin edilməsi məqsədilə köşk ödənişsiz vayfay xidməti ilə təchiz olunub. Bundan başqa, ziyarətçilər xüsusi enerjidoldurma məntəqələrində mobil cihazlarını enerji ilə təmin edə bilirlər.

Şuşa sakini Məhərrəm Əliyev bildirib ki, açıq hava kitabxanasının istifadəyə verilməsi şəhərin mədəni həyatına yeni töhfədir. Onun sözlərinə görə, bu təşəbbüs gənclər, şəhər sakinləri və kitabsevərlər üçün dəyərli hədiyyədir.

Tünzalə Zöhrabova isə "Kitab dayanacağı"nın onda böyük sevinc hissi yaratdığını deyib. O bildirib ki, burada təqdim olunan kitablar vasitəsilə həm gənclər, həm də Şuşaya gələn qonaqlar şəhərin tarixi, görkəmli şəxsiyyətləri və zəngin mədəni irsi haqqında daha dolğun məlumat əldə edə biləcəklər.

Şuşa sakini deyib ki, onu ən çox cəlb edən kitablardan biri Mir Möhsün Nəvvaba həsr edilən nəşr olub. O diqqətə çatdırıb ki, Mir Möhsün Nəvvabın ev-muzeyini dağıdılmış vəziyyətdə görmək onda dərin təəssüf hissi yaradıb. Bu kitabın isə böyük maarifləndirici əhəmiyyət daşıdığını vurğulayan Tünzalə Zöhrabova bildirib ki, nəşr vasitəsilə gənc nəsil Mir Möhsün Nəvvabın həyatı, yaradıcılığı və Şuşanın mədəni həyatına verdiyi töhfələr barədə ətraflı məlumat əldə edəcək. (Azərtac)




Baxış sayı: 65
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30