Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri çərçivəsində ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin imzalanmasını qarşılıqlı münasibətlərin inkişafı baxımından mühüm addım kimi qiymətləndirib.
Nazirliyin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner X platformasında Almaniya XİN adından etdiyi paylaşımda sənədin iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyini vurğulayıb.
“Bu gün Almaniya ilə Azərbaycan arasındakı güclü münasibətləri Strateji Gündəlik vasitəsilə daha da dərinləşdirdik. Müxtəlif sahələr üzrə əməkdaşlığımızı genişləndirmək üçün çalışacağıq və Ermənistanla Azərbaycan arasında münasibətlərdə yaranmış tarixi dinamikanı alqışlayırıq”, - deyə paylaşımda qeyd olunub.
Baxış sayı: 100
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
