FACT-INFO.AZ » XƏBƏR » Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi təşkil olunub
23-07-2026, 09:00 | XƏBƏR
Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi təşkil olunub

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycanın ABŞ-dəki səfirliyinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi təşkil olunub.

12 gün davam edəcək düşərgə ADA, Xəzər və Azərbaycan Tibb universitetlərində ingilis dilində təhsil alan, yüksək akademik göstəricilərə malik 10 şəhid övladı iştirak edib.

Düşərgə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Veysəloğlu” Şirkətlər Qrupunun sponsorluğu və ADA Universitetinin tərəfdaşlığı ilə təşkil olunub.

İyulun 22-də düşərgə iştirakçıları Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimlə görüşüblər.

Səfir gəncləri Vaşinqtonda görməkdən məmnunluğunu bildirərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük Zəfərdən sonra şəhid ailələrinə göstərdiyi xüsusi qayğını diqqətə çatdırıb. O qeyd edib ki, ölkə rəhbərliyinin bu diqqəti hər kəs üçün örnəkdir və böyük məsuliyyət yaradır. Şəhid övladlarının Azərbaycanın gələcəyi olduğunu vurğulayan səfir gənclərə fəaliyyətləri ilə ölkəmizin adını hər zaman uca tutmağı arzulayıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxışında düşərgədə iştirak edən 10 şəhid övladının Azərbaycanın aparıcı universitetlərində təhsil alan tələbələr olduğunu bildirib. S.Orucova düşərgənin təşkilində əsas məqsədin tələbələrin ABŞ təhsil sistemi ilə yaxından tanış olmaları və onların gələcək karyera inkişaflarına yol açmaq olduğunu bildirib. O, bu səfərin tələbələr üçün böyük motivasiya mənbəyi olduğunu vurğulayıb və düşərgənin onların gələcək hədəflərinə çatmasına mühüm töhfə verəcəyini qeyd edib.

Daha sonra səfir Xəzər İbrahim düşərgə iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edib və birlikdə xatirə fotosu çəkdirib.

“Zəfər” Amerika Yay Düşərgəsinin iştirakçıları ABŞ-nin tarixi, incəsənəti və mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Proqram daxilində gənclər Ağ Evin tarixi və ABŞ prezidentliyi institutu haqqında interaktiv məlumatların təqdim olunduğu muzeyi baş çəkiblər. Daha sonra Renvik Qalereyasında ölkənin 250 illiyinə həsr olunmuş sərgiyə baxaraq Amerika sənətkarlığının inkişaf yolunu əks etdirən eksponatlarla tanış olublar. İştirakçılar, həmçinin Lafayet meydanı və Ağ Ev ətrafında gəzinti edərək şəhərin tarixi məkanlarını gəziblər.

Səfər müddətində Vaşinqtonda fəaliyyət göstərən Amerika Tarixi Milli Muzeyi, “Smithsonian” Milli Təbiət Tarixi Muzeyi, Türkiyənin Vaşinqtondakı səfirliyi, Vaşinqton Abidəsi, Linkoln və Tomas Cefferson memorialları, Konqres Kitabxanası, Kapitol binası və Ali Məhkəmə ziyarət edilib. Paralel olaraq tələbələr ADA Universitetinin Vaşinqton Mərkəzi, ABŞ-Azərbaycan Ticarət Palatası və bir sıra tərəfdaş universitetlərdə keçirilən görüş və təlimlərə qatılıblar.

Qeyd edək ki, iyulun 26-dək davam edəcək “Zəfər” Amerika Yay Düşərgəsi şəhid övladlarının inkişafına, onların potensialının üzə çıxarılmasına və beynəlxalq təcrübə qazanmalarına yönəlmiş layihələrin davamı olaraq iştirakçılara zəngin imkanlar və bacarıqlar qazandıracaq.




Baxış sayı: 90
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30