Beynəlxalq Nəqliyyat Forumu (BNF) ictimaiyyət üçün əlçatan elektrik nəqliyyat vasitələrinin enerjidoldurma infrastrukturuna həsr olunan yeni hesabat yayımlayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, sənəddə bu sahənin inkişafı ilə bağlı beynəlxalq təcrübə təqdim edilib. Həmçinin dövlət siyasətinin təsiri, investisiyaların təşviqi, enerjidoldurma məntəqələrinin əlçatanlığının artırılması, rəqabət mühitinin inkişafı məsələləri əhatə olunub.
Qeyd edilib ki, düzgün dövlət siyasəti enerjidoldurma infrastrukturuna investisiyaların cəlb olunmasını asanlaşdırır. Bu sahədə tətbiq olunan güzəştlər elektrik nəqliyyat vasitələri bazarının inkişafını dəstəkləyir və yeni investisiyaları stimullaşdırır.
Hesabatda Azərbaycanın tətbiq etdiyi fiskal təşviq mexanizmləri beynəlxalq təcrübələr sırasında qeyd olunub. Ölkələrin, o cümlədən Azərbaycanın elektromobilliyin inkişafını dəstəkləmək üçün öz milli şəraitinə uyğun təşviq mexanizmlərindən istifadə etdiyi bildirilib.
Azərbaycan təcrübəsinin BNF-nin hesabatında qeyd olunması ölkədə elektromobilliyin inkişafı və enerjidoldurma infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən siyasətin beynəlxalq səviyyədə tanındığını göstərir.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
