FACT-INFO.AZ » AKTUAL » Şah İsmayıl Xətai haqqında bədii filmlər çəkilməlidir
22-07-2026, 14:30 | AKTUAL
Şah İsmayıl Xətai haqqında bədii filmlər çəkilməlidir
Şah İsmayıl Xətainin doğum tarixi ilə əlaqədar bu günlərdə mediada xeyli yazıları, xüsusilə Türkiyə televiziyalarında reportajları izlədik. Bütün bunlar müsbət tendensiya olaraq genişlənməlidir.
Azərbaycan türklərinin böyük sərkərdəsi, nəhəng dövlət xadimi haqqında müxtəlif zamanlarda çox qərəzli fikirlər səsləndirənlər olurdu. Həm Türkiyədə, həm də Azərbaycanda bəzi qüvvələr o böyük şəxsiyyəti aşağılamaqla məşğul olurdular. Bəziləri bilərəkdən, bir çoxları məlumatsızlıqdan bu aşağılama prosesinə qoşulurdu. Amma onu unutmaq olmaz ki, qaranlığın ömrü günəş çıxana qədərdir. Türk oğlu Şah İsmayıl Xətaini farslarla bağlamaq cəhdi, dini bölücülük iddiaları və digər qərəzli yanaşmalar uğurlu addım ola bilməzdi və olmadı da.
Tarixi şəxsiyyətlərdə müəyyən zaman kəsiyində qüsur axtarmağın özü qüsurludur. Şah İsmayıl Xətainin dövlətçilik təfəkküründə, siyasi baxışlarında nöqsan, səhv axtarmamalıyıq. Onu qürur duyulası tarix kimi öyrənməliyik və Türk dünyasına tanıtmalıyıq ki, tarixi gerçəyi hər kəs bilsin. O zaman bir çox qərəzli tarixçilər həqiqəti anlayarlar.
Digər təəssüf edici məqam ondan ibarətdir ki, Şah İsmayıl Xətai haqqında bu vaxta qədər heç bir bədii film çəkilməyib. Onu da unutmaq olmaz ki, yalnız peşəkar insanların çəkə biləcəyi film həm Xətaini, həm də şərəfli tariximizi bizə daha yaxından tanıda bilər. Filmlərlə, yazılmış acınacaqlı ssenarilərlə bağlı məqamlar başqa bir söhbətin mövzusudur. Bəziləri sənədli filmlərlə bədii filmi qarışıq salır. Belə ciddi yanlışlıqlar son dönəmlər tez-tez təkrarlanır.
Nəhayət Şah İsmayıl Xətai haqqında kifayət qədər yazılmalı, danışılmalı məqamlar var. Xətai də xəta edə bilər. Amma həmin xətalar o böyük şəxsiyyətin Azərbaycan tarixindəki mövqeyinə kölgə sala bilməz. Şah İsmayıl Xətai zirvədir. Biz o zirvədən Azərbaycanın keçmişinə, bu gününə, sabahına baxmalıyıq. Baxmalıyıq ki, güclü, qüdrətli olaq, dövlətimiz əbədi olsun.
Əkrəm Bəydəmirli
Baxış sayı: 185
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli
Dünən, 20:30
Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər
Dünən, 17:30
Ermənistanın konstitusiya riskləri
Dünən, 17:00
Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır
Dünən, 16:30
“İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir
Dünən, 16:00
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Dünən, 14:30
Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək
Dünən, 13:00
Bu gün Azərbaycan Kəlağayısı Günüdür
Dünən, 11:00
Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq
Dünən, 11:00
Kəlbəcərdə sərgilər təşkil olunub
Dünən, 10:00
Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır
25-11-2026, 21:00
Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ
25-11-2026, 18:30
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
25-11-2026, 17:30
Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib
25-11-2026, 17:30
Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir
25-11-2026, 13:30
Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
25-11-2026, 11:30
İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub
25-11-2026, 10:00
Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür
25-11-2026, 09:30
Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub
25-11-2026, 08:30
Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir"
25-11-2026, 08:00
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır
24-11-2026, 19:30
Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir
24-11-2026, 19:00
Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək
24-11-2026, 18:30
Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır”
24-11-2026, 17:00
Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil
24-11-2026, 16:30
Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
24-11-2026, 14:00
Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
24-11-2026, 12:00
Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
24-11-2026, 11:30
Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik
24-11-2026, 08:30
Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM
24-11-2026, 08:30
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
