FACT-INFO.AZ » CƏMİYYƏT » 22 İyul – Milli Mətbuat Günü - qələmin işığında yazılan tarix
22-07-2026, 11:30 | CƏMİYYƏT
22 İyul – Milli Mətbuat Günü - qələmin işığında yazılan tarix


Tarix bəzən qılıncla yazılır, bəzən qanla, bəzən də qələmlə... Lakin zaman göstərib ki, qələmin yazdığı həqiqətlər qılıncın qazandığı zəfərlərdən daha uzunömürlü olur. Çünki söz unudulmayan bir yaddaşdır, mətbuat isə xalqın vicdanı, millətin aynası və zamanın salnaməsidir.

Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də böyük maarifçi, publisist və mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən nəşr olunan "Əkinçi" qəzeti ilə qoyuldu. Bu qəzet sadəcə ilk milli mətbuat nümunəsi deyildi; o, xalqın maariflənməsi, milli şüurun oyanması, ana dilinin qorunması və azərbaycançılıq düşüncəsinin formalaşması yolunda yandırılan ilk məşəl idi.

"Əkinçi" cəmi iki il fəaliyyət göstərsə də, onun yandırdığı maarif çırağı heç vaxt sönmədi. Bu çıraq sonralar "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Molla Nəsrəddin", "Füyuzat", "Açıq Söz" kimi mətbuat orqanlarında daha da gur alovlandı. Azərbaycan ziyalıları qələmi silah, sözü isə milli oyanışın bayrağına çevirdilər.

Mətbuat təkcə xəbər vermək deyil. Mətbuat həqiqətin keşiyində dayanmaqdır. Cəmiyyətin ağrılarını dilə gətirmək, xalqın səsini dünyaya çatdırmaq, milli-mənəvi dəyərləri qorumaq və gələcək nəsillərə sağlam düşüncə mirası ötürməkdir.

Müstəqillik illərində Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin mətbuatın azad inkişafına verdiyi böyük önəm, senzuranın ləğvi və söz azadlığının təmin olunması milli jurnalistikamızın inkişafında dönüş nöqtəsi oldu. Bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnformasiya təhlükəsizliyinin qorunması, media islahatları və peşəkar jurnalistikanın dəstəklənməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Bu gün informasiya müharibələrinin ən sərt dövrünü yaşayırıq. Artıq silah qədər informasiya da güclü təsir vasitəsinə çevrilib. Belə bir zamanda jurnalistin məsuliyyəti daha da artır. Hər yazılan söz, yayılan xəbər və paylaşılmış məlumat milli maraqlara, həqiqətə və peşə etikasına söykənməlidir. Çünki yalan bir anlıq yayılsa da, həqiqət zamanın sınağından keçərək əbədiləşir.

44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan mediası təkcə informasiya daşıyıcısı deyil, həm də milli birliyin və vətənpərvərlik ruhunun güclü dayağıdır. Jurnalistlər cəbhədən həqiqətləri dünyaya çatdıraraq informasiya savaşında da böyük fədakarlıq nümayiş etdirdilər.

Qələm yalnız mürəkkəblə yazmır. O, vicdanla yazır. Vicdanın olmadığı yerdə jurnalistika peşəsi öz mahiyyətini itirir. Həqiqətə sədaqət, obyektivlik, dürüstlük və cəmiyyət qarşısında məsuliyyət hər bir media nümayəndəsinin ən ali prinsipi olmalıdır.

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, redaktorları, publisistləri, foto və televiziya müxbirlərini, operatorları, media əməkdaşlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, qələmlərinə qüvvət, sözlərinə hikmət və Vətənimiz naminə yeni-yeni uğurlar arzulayıram.

Qoy Azərbaycan mətbuatı həmişə həqiqətin carçısı, milli birliyin dayağı, dövlətimizin və xalqımızın etibarlı informasiya qalası olsun. Çünki söz yaşayırsa, millət yaşayır; həqiqət qorunursa, gələcək də etibarlı əllərdə olur.



Pərvanə Salmanqızı
Qazeteçi, şair, araşdırmaçı yazar, AJB üzvü, zefernews.az saytının rəhbəri,  Dünya Afşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi. Türkiyənin Anasan Yazarlar Birliyinin, Daqistan Respublikası Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Təmsilçisi, Turan Yazarlar Birliyinin üzvü




Baxış sayı: 410
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30